Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
19.08.2010 [09:03]
Rayon icra hakimiyyətlərinin başçıları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan filialının direktoru, 705 saylı hərbi hissənin komandiri, eləcə də daxili işlər, təhsil, iqtisadi inkişaf nazirləri çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2010-2011-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra işlərin görüldüyünü, lakin bunların kifayətləndirici olmadığını bildirib, aidiyyəti orqanlara konkret tapşırıqlar verib. Qeyd olunub ki, payız-qış mövsümündə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğuna nəzarət gücləndirilməli, istismar müddəti başa çatmış elektrik dirəklərinin və xətlərinin cari ilin noyabrınadək yeniləri ilə əvəz olunması təmin edilməlidir. İşçilərin payız-qış mövsümündə isti geyim və təhlükəsizlik avadanlığı ilə təminatına ciddi fikir verilməli, yaşayış məntəqələrində yerləşən transformator və yarımstansiyaların ətrafında təhlükəsizlik sədləri çəkilməlidir. Sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədi ilə görülən işlər davam etdirilməli, tələb olunan mal-materialların və avadanlığın Muxtar Respublikaya vaxtında alınıb gətirilməsi və ehtiyatının yaradılması diqqətdə saxlanılmalıdır.
Müşavirədə təbii qazla təminat sahəsində də vəzifələr müəyyən edilib. Payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün qaz təsərrüfatında mütəmadi olaraq qazpaylayıcı stansiyalara, qoruyucu klapanlara, kran və siyirtmələrə texniki baxış keçirilməli, çatışmazlıqların dərhal aradan qaldırılması üçün yaradılmış mal və material ehtiyatının səmərəli istifadəsi və sərf olunan hissəsinin yerinə yenilərinin alınıb gətirilməsi təmin olunmalıdır. Təbii qazdan istifadə zamanı israfçılığın qarşısı alınmalı, yanğın təhlükəsizliyi ilə əlaqədar işlər gücləndirilməlidir.
Neft məhsulları və maye qazla təminat sahəsində aidiyyəti təşkilatlara da konkret tapşırıqlar verilib. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi qış mövsümündə yarana biləcək çatışmazlıqların qısa müddətdə aradan qaldırılması məqsədi ilə maye qaz və neft məhsullarının ehtiyatının yaradılması işlərini davam etdirməli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın miqdarını qısa müddətdə müəyyənləşdirməli, Maliyyə Nazirliyi təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinə veriləcək yanacaq üçün lazımi vəsaitin köçürülməsini, Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi və yerli icra hakimiyyətləri tələbat olan ərazilərdə əhaliyə neft məhsulları və maye qazın satışını təmin etməli, aidiyyəti təşkilatlar verilmiş yanacağın təyinatı üzrə istifadəsinə diqqəti artırmalıdırlar.
Müşavirədə payız-qış mövsümündə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz fəaliyyət göstərmələri ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, verilmiş tapşırıqların icrası üçün müvafiq tədbirlər görsün, payız-qış mövsümü ilə bağlı zəruri yanacaq və avadanlığın alınmasını təmin etsin və verilmiş tapşırıqların icrası barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

