Avropa ilə ABŞ-ın mövqeləri üst-üstə düşmür
18.01.2022 [10:32]
“Köhnə qitə” Moskvaya qarşı tətbiq olunan sanksiyalardan narahatdır
İndiki mərhələdə Avropanın Rusiyadan tam imtinası mümkün görünmür
Pərviz
Avropa İttifaqının (Aİ) Rusiyaya yönəlik iqtisadi sanksiyaları daha altı ay artırması “köhnə qitə”nin özündə belə birmənalı qarşılanmadı. Belə ki, bir sıra ölkələrin aparıcı siyasətçiləri ABŞ-ın maraqları çərçivəsindən çıxış edərək atılan bu addımın Avropa məkanı üçün yaxşı nəticələr vəd etmədiyi fikrindədirlər. Məsələn, Almaniyanın Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının təyin olunmuş sədri Fridrix Merts bəyan edib ki, Rusiyanın banklararası SWIFT sistemindən sıxışdırılması yaxşı nəticə vəd etmir. “SWIFT məsələsi kapital bazarları, mal və xidmət bazarları üçün atom bombası ola bilər”, - deyə o, qeyd edib. Merts sözügedən banklararası sistemə toxunmamağa çağırıb. Almaniyalı siyasətçi xəbərdarlıq edib ki, Rusiyanı banklararası sistemdən kənarlaşdırmaq bütün iqtisadiyyatın, o cümlədən Almaniya iqtisadiyyatının zəifləməsinə səbəb olar. “Biz, güclü ixrac olkəsi olaraq, özümüzə əhəmiyyətli ziyan vurarıq”, - deyə o qeyd edib. Siyasətçi əlavə edib ki, bundan nəinki Rusiya və Avropa arasında əmtəə dövriyyəsi, həm də dünya ticarəti ziyan çəkər.
Maraqlıdır ki, bu kimi açıqlamalar, Avropanın etirazı artıq ABŞ-ın da Rusiyaya qarşı ritorikasının dəyişməsinə səbəb olur. Bunun nəticəsidir ki, ABŞ dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasındakı telefon danışığı zamanı NATO-Rusiya Şurasının iclasından sonra atılacaq qarşılıqlı addımlar müzakirə edilib. Bu barədə məlumat yayan ABŞ Dövlət Departamenti rəsmi Vaşinqtonun və NATO-nun Rusiya ilə yeni görüş keçirməyə hazır olduğunu diqqətə çatdırıb: “Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır”, - deyə ABŞ-ın xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilib. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da bildirib ki, gələn həftə Rusiya ilə diplomatik münasibətlərlə bağlı əlavə məlumat verilə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən bildirib ki, Rusiyaya qarşı münasibətdə Avropa ilə ABŞ-ın mövqeləri tam üst-üstə düşmür. Belə ki, Avropa ölkələri rəsmi Kremlə münasibətdə daha loyal münasibətin sərgilənməsinin tərəfdarıdır. Burada bir sıra amillərin rolu var: “Rusiya Avropanın mühüm ticarət tərəfdaşı olmaqla yanaşı, “köhnə qitə”nin enerji təhlükəsizliyi məsələsində də önəmli rol oynayır. Düzdür, son illərdə Avropanın ənənəvi enerji daşıyıcılarından imtina edərək daha səmərəli enerji istehlakına keçidi ilə bağlı fikirlər yayılsa da, strategiyalar hazırlansa da, bunun üçün zaman lazımdır. İndiki mərhələdə Avropanın Rusiyadan, yəni onun bazarından, investisiyasından, enerjisindən və tərəfdaşlığından tam imtinası mümkün görünmür. Bunu Avropa dövlətləri özləri də görürlər və anlayırlar. Hətta deyərdim ki, NATO-Rusiya mübarizəsinin son bir il ərzində hərbi müstəviyə transfer edilməməsinin mühüm səbəblərindən biri məhz Avropanın buna mane olmasıdır”.
Millət vəkili qeyd edib ki, 2022-ci il ABŞ-Rusiya münasibətlərinin inkişafında əhəmiyyətli yer tutacaq. Belə ki, NATO Şərqə doğru genişlənmə planından və ya Avropada tamhüquqlu söz sahibi olmaq istəyindən geri çəkilməsə, bu, çox böyük gərginliklərə səbəb olacaq. Eyni zamanda, Rusiya öz xarici siyasətində müəyyən korrektələr edə bilər. “Avropanın aparıcı dövlətləri anlayır ki, Rusiyanın regionun iqtisadi inkişafında rolu böyükdür. Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan avropalı iş adamları da əziyyət çəkirlər. Eyni zamanda, Rusiya dünyanın ən aparıcı iqtisadiyyatlarından birinə malik olan dövlətdir, yeraltı və yerüstü sərvətlərə, böyük kapitala malikdir. Almaniya Xristian-Demokratik İttifaqı partiyasının sədri bu baxımdan həyacan təbili çalmaqdadır. İnanıram ki, yaxın zamanda bu iki dövlət arasındakı münasibətlər normallaşacaq və dünya yeni siyasi nizam əldə edəcək”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53

