Rusiya müharibəyə hazırlaşır?
19.01.2022 [09:44]
Pərviz Sadayoğlu
Rusiya Ukraynanın Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərindən əməkdaşlarını təxliyə etməyə hazırlaşır. Bununla bağlı ABŞ-ın “New York Times” qəzeti xəbər yayıb. Bildirilib ki, bu barədə Ukrayna təhlükəsizlik orqanındakı yüksəkvəzifəli əməkdaş məlumat verib. Nəşrin xəbərinə görə, hələ yanvarın 5-də 18 nəfər ölkəni tərk edib. Onlar əsasən rusiyalı diplomatların ailə üzvləri - uşaqları və həyat yoldaşları olub. İkinci mərhələdə isə daha 30 nəfər Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərdən ayrılacaq. Bu qərarın nə ilə bağlı olduğu isə hələ ki, bəlli deyil.
Yayılan xəbərə münasibət bildirən ABŞ administrasiyası Vaşinqtonun gözlənilən təxliyədən xəbərdar olduğunu vurğulayıb. Bununla belə, rəsmi Vaşinqton Rusiya prezidenti Vladimir Putinin hələ də Ukraynaya hücumla bağlı yekun qərar vermədiyini düşünür. Bundan əlavə, ukraynalı mənbə vurğulayıb ki, rəsmi Kiyev Rusiya qoşunlarının təlimlər üçün Belarusa yeridilməsindən də ehtiyat edir. Ukrayna bu addımın ölkəni şimaldan, şərqdən və cənubdan hücuma məruz qoymağa hesablandığını düşünür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə ABŞ ilə Rusiya arasında münasibətlərin günü-gündən gərginləşdiyini diqqətə çatdırıb. Rusiyanın son təxliyə qərarının konkret olaraq hərbi əməliyyatlara hesablanmadığını düşünən millət vəkili vurğulayıb ki, Rusiya sadəcə olaraq təzyiqi artırır: “Yayılan informasiyanın doğruluğu ilə bağlı hər hansı məlumata malik deyiləm. Bu baxımdan, Rusiyanın Ukraynaya hücumla bağlı hansısa qərarının olub-olmadığını təhlil etmək çətindir. Hər bir halda qarşıdurmaların, təzyiqin artması göz önündədir. Təbii ki, bu cür təzyiq üsulları son nəticədə hər şeyə, o cümlədən hərbi müdaxiləyə də yol aça bilər. Xoşagəlməz vəziyyət yaransa da, indidən hərbi əməliyyatların baş verəcəyini ehtimal etmək çox çətindir”.
Millət vəkili qeyd edib ki, qarşıdurma ehtimalı hər zaman var. Onun sözlərinə görə, bu gərginliyin artması gözlənilən idi. Yanvarın 12-də keçirilən görüşdə Rusiyanın irəli sürdüyü tələblər NATO üçün qəbulolunmaz və sərt təkliflər sayılırdı. Bu baxımdan, həmin təkliflərin NATO tərəfindən qəbul ediləcəyi inandırıcı deyildi. “Ümidvaram ki, qarşıdakı dövrdə NATO-Rusiya, eləcə də ABŞ-Rusiya təmasları və dialoqu davam etdiriləcək. Dialoq gərginliyin aradan qaldırılmasını təmin edə bilər. Mövqelərin kəskin şəkildə fərqlənməsi isə hansısa razılaşmanın əldə olunacağına inam vermir. Hər iki tərəf anlamalıdır ki, hərbi toqquşmalar çox ciddi fəsadlara yol aça bilər”, - deyə A.Mollazadə əlavə edib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, NATO - Rusiya münasibətləri son 20 ildə ən gərgin dövrünü yaşayır. Rusiyanın Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərindən əməkdaşlarını təxliyə etməsi ilə bağlı yayılan xəbərin doğruluğunun şübhə altında olduğunu düşünən E.Həsənlinin fikrincə, indiki məqamda hərbi əməliyyatların başlanma ehtimalı çox azdır: “Kənardan istər NATO-nun, istərsə də Rusiyanın davranışları və ritorikası yaxın zamanda hərbi müdaxilənin olacağı mənzərəsini yaratsa da, bu, hələlik istisna olunur. Sadəcə, tərəflər bundan siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Hətta rusiyalı diplomatların və onların ailələrinin Ukraynadan evakuasiyası məsələsi doğrudursa belə, bu, siyasi təzyiqdir. Yanvarın 12-də tərəflər arasında heç bir razılaşmanın əldə olunmaması ümumilikdə ilin gərgin keçəcəyini deməyə əsas verir. Həm ABŞ, həm də Rusiya tələblərinin həyata keçməsi üçün bütün gücünü səfərbər edəcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

