İstintaq materiallarının 68 cildi haradadır?
20.01.2022 [00:50]
20 Yanvar faciəsinin sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsi beynəlxalq hüququn tələbidir
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. Ötən müddət ərzində ciddi müzakirə predmetinə çevrilən mühüm məqamlardan biri bu qanlı cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını almaları məsələsidir. Təbii ki, bunun üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Ümumiyyətlə, beynəlxalq hüquq normalarına, müvafiq konvensiyalar və sazişlərə uyğun olaraq 20 Yanvar faciəsi həm sülh və insanlıq əleyhinə cinayət, həm də hərbi təcavüz kimi qiymətləndirilə bilər.
Əvvəla qeyd etmək lazımdır ki, tarixə “Nürnberq prosesi” kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunublar. Məhz buna görə indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir.
Nürnberq Beynəlxalq hərbi Tribunalının Nizamnaməsinin 6-cı maddəsində “sülh və insanlıq əleyhinə cinayət” məfhumunun elementləri aydın göstərilib: mülki əhalini öldürmək, işgəncə vermək, şəhər və kəndləri dağıtmaq, siyasi, irqi və ya dini motivlərə əsasən, mülki əhalini təqibetmə və s. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun (Roma Statutu) 7-ci maddəsində isə “insanlıq əleyhinə cinayət”in təsvirində bu anlayışlardan istifadə olunur: “qəsdən və məqsədyönlü hücum”, “mülki şəxslərə qarşı genişmiqyaslı və sistematik hücumlar çərçivəsində həyata keçirilən adamöldürmə”, “məhvetmə, işgəncə” və s. Statutda təsbit edildiyi kimi, hadisə zamanı insanların məhv edilməsi, yoxa çıxarılıması, siyasi, irqi, etnik, mədəni motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəbolma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlərə yol verilməsi sülh və insanlıq əleyhinə cinayətdir. Beləliklə, beynəlxalq hüquq normaları 20 Yanvar faciəsini, sözün əsl mənasında, insanlıq əleyhinə cinayət faktı kimi qiymətləndirməyə imkan verir.
O da qeyd edilməlidir ki, SSRİ və Azərbaycanın o zamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər var. Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdu. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmişdi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi qərarı qəbul edilmişdi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmışdı və geri qaytarılmayıb.
Bunlarla yanaşı, BMT Baş Assambleyasının “Təcavüzün Tərifi haqqında” 3314 saylı qətnaməsində yazılır: “Təcavüz bir dövlətin digər dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə bu və ya digər şəkildə BMT Nizamnaməsinin tələblərinə zidd olan silahlı güc tətbiq olunmasıdır”. Həmin qətnamədə təcavüzkar və təcavüz qurbanı qismində suveren dövlət göstərilir. 20 Yanvar hadisəsi SSRİ ordu hissələrinin Azərbaycan Sovet Sosialist Respublikasına qeyri-qanuni surətdə yeridilməsi nəticəsində törədilmiş genişmiqyaslı faciə idi. SSRİ-nin yaradılması haqqında müqaviləyə və onun Konstitusiyasının 81-ci maddəsinə əsasən İttifaqa daxil ölkələr, o cümlədən Azərbaycan SSR suveren dövlət idi. Ona görə də sözügedən hücum respublikamızın suveren hüquqlarının pozulması faktı olduğuna görə hərbi təcavüz xarakteri daşıyır.
Nəhayət, 20 Yanvar faciəsində kütləvi qırğın elementləri olduğundan bu hadisə beynəlxalq humanitar hüququn, o cümlədən BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin tələblərinin pozulması faktı olmaqla yanaşı, Cenevrə konvensiyası və onun müvafiq protokollarına tam ziddir.
Nəticə etibarilə, 20 Yanvar faciəsi beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayətdir. Onun sifarişçiləri və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsi isə beynəlxalq hüququn tələbidir.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

