Xədicə İsmayılın etirafı, yaxud növbəti özünüifşa
21.01.2022 [23:54]
Nurlan
Fransız yazıçı, maarifçi filosof Şarl Lui Monteskyö yazır ki, etiraf heç də həmişə böyük sayılmır, çünki deyilən fikir insanı həm də kiçildə və alçalda bilər. Tamamilə doğrudur. Hətta etiraf bəzən özünüifşaya da çevrilə bilər. Eynilə özünü cəmiyyətə “araşdırmaçı-jurnalist”, Qərbin bəzi dairələrinə isə “ermənipərəst, anti-Azərbaycançı ictimai fəal” kimi təqdim edən Xədicə İsmayılın mənfi nümunəsində olduğu kimi.
Yeri gəlmişkən, o, bugünlərdə almandilli “zenith.me” saytına müsahibəsində qeyd edib ki, əvvəlki kimi Qərb təşkilatlarından dəvətnamələr almır. Bu, guya ermənilərə qarşı çıxış və Azərbaycan dövlətini müdafiə etdiyinə görədir. X.İsmayıl bu açıqlaması ilə həm Qərb təşkilatlarının sifarişləri əsasında fəaliyyət göstərdiyini etiraf etməklə özünü ifşa edir. Yalanı isə ondan ibarətdir ki, o, heç vaxt ermənilərə qarşı çıxış etməyib. Sadəcə, indi əvvəlki qaydada qrant mənimsəyə bilmədiyinə görə belə bir obraz formalaşdırmağa çalışır. Amma reallıqlar X.İsmayılın dediyinin əksini təsdiqləyir.
Faktlara nəzər salaq. “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin 2015-ci ildə “The Boston Globe” qəzetində radionun müxtəlif ölkələrdəki bölmələrində çalışan jurnalistlərlə bağlı sensasiya xarakterli bir məqalə ilə çıxış etmişdi. O, vaxtilə radionun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılın da sıralarına daxil olduğu bu media nümayəndələrinin, əslində, jurnalist yox, xarici kəşfiyyat orqanının agentləri olduqlarını, onlardan ölkələrə qarşı istifadə edildiyini açıqlamışdı. Belə bir missiya yerinə yetirən şəxs dövlətin maraqlarını, ictimai mənafeyi necə qoruya bilər? Digər tərəfdən, onun 2014-cü ilin 24 sentyabr tarixində ATƏT-in Varşava bürosunun təşkil etdiyi konfransda Qarabağ məsələsində ermənilərlə həmrəylik nümayiş etdirməsi yaddaşlardan silinməyib. Azərbaycan dövlətini hədəf seçdiyinə görə Xədicəni ən çox təqdir və müdafiə edənlərdən biri erməni rəfiqəsi Eni Vandaryan olub. Onun “twitter”də Azərbaycana qarşı, Xədicəyə dəstək xarakterli ardıcıl paylaşımlar etməsi reallığın nədən ibarət olduğunu göstərir. X.İsmayılın qondarma “erməni soyqırımı”nın fəal təbliğatçılarından olan vəkil Amal Kluni ilə əməkdaşlığı da diqqətdən yayınmayan faktlar sırasındadır.
Bu cür faktların sayı kifayət qədərdir. Reallıqlar isə faktların sayından asılı olmayaraq, ortadadır. Hər kəs kimin hansı işlə məşğul olduğunu - hansı mövqedən çıxış etdiyini yaxşı bilir. Etiraf edilsə də, edilməsə də...
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

