Azərbaycan hökuməti iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm nailiyyətlər əldə edib
01.09.2010 [09:58]
Azərbaycan hökuməti sosial-iqtisadi inkişaf indiqatorlarının proqnozlaşdırılması və büdcə tərtibatı ilə bağlı mükəmməl təcrübəyə malikdir. Makroiqtisadi proseslərə uyğun maliyyə sisteminin vəziyyəti, ticarət və investisiya bazarının perspektivləri və sosial islahatların qiymətləndirilməsi sahəsində uğurlu siyasət həyata keçirən hökumət iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm nailiyyətlər əldə edib. Bu barədə Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İqtisadi İnkişaf Departamentinin direktoru Şeyla Yanq bildirib. Ş.Yanq qeyd edib ki, Azərbaycan hökuməti qlobal maliyyə böhranı şəraitində, eləcə də, dünya bazarında neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin sürətlə dəyişdiyi bir vaxtda inkişafı təmin edən ali maliyyə sənədi tərtib etməklə pozitivliyi qoruyub saxlaya bilib.
Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasına dair keçirilən təqdimat mərasimində USAİD-in İqtisadi İnkişaf Departamentinin rəhbəri bildirib ki, ölkəmizdə büdcə sistemi ilə bağlı mühüm mexanizm mövcuddur. Hökumətin iqtisadi strukturlarının birgə təklifləri və ümumi rəyi sayəsində maliyyə sənədinin parametrləri dolğun və əhatəli şəkildə müəyyən edilir. Ş.Yanqın qənaətinə görə, Azərbaycan hələ qlobal böhranın şiddətləndiyi bir dövrdə təmkinli hərəkət edib, büdcə proqnozları ilə bağlı ssenarilərdə həmin meyilləri nəzərə alaraq təkmil konsepsiya hazırlayıb və bir çox ölkələrin üzləşdiyi tendensiyalardan uzaq olub. Büdcənin formalaşmasında mövcud reallıqların və dünya maliyyə bazarlarında baş verə biləcək gözləntilərin təmkinlə nəzərə alınması hökumətin büdcə siyasətinə praqmatik yanaşmasının əyani təzahürüdür. ümumiyyətlə, 2009-cu və 2010-cu illərdə hazırlanmış büdcə paketləri Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi olduğunu təsdiqləyib. Büdcənin real maliyyə imkanları hesabına ölkəmizdə iqtisadi, sosial və investisiya sektorlarında ən mühüm layihələrin həyata keçirilməsi təmin edilib.
Güclü maliyyə resurslarına malik olan hökumət inkişaf tendensiyasının davamlılığını, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsini, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının möhkəmləndirilməsini nəzərdə tutan kompleks tədbirləri həyata keçirməyə müvəffəq olub. Eyni zamanda, Azərbaycan hökuməti vergi dərəcələrinin təkmilləşdirilməsi, kommunal sistemin və infrastruktur təminatının yaxşılaşdırılması, biznes mühitinin və milli sahibkarlığın inkişafının stimullaşdırılması, gömrük sistemində təkmilləşdirmələrin aparılması, ölkəyə xammal və texnologiyaların gətirilməsinə təkan verən mexanizmlərin tətbiqi, rəqabət mühitinin və ixrac siyasətinin genişləndirilməsi, sosial müdafiə və əhalinin maddi təminatının gücləndirilməsi ilə bağlı davamlı islahatları sürətləndirib.
Şeyla Yanq respublikamızda institusional mühitin şəffaflığı, iqtisadi strukturların kompleks şəkildə proqnozlaşdırıla bilmə qabiliyyətini və hökumətin iqtisadiyyatın bazaryönümlülüyünü yaxşılaşdırmaq məqsədilə həyata keçirdiyi davamlı tədbirlərin maliyyə sabitliyinin möhkəmlənməsinə dərin əsaslar yaratdığını da bəyan edib. İqtisadi inkişafa təkan vermək məqsədilə vergi sistemi təkmilləşdirilib və bu amil xarici investisiyaların təşviqinə, iqtisadiyyatın müxtəlif sahələrinin dinamik inkişafına böyük stimul verib. Ş.Yanq 2011-ci ildə ölkəmizin makroiqtisadi inkişafının sürətlənəcəyinə və bu faktorun büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradacağına əminliyini ifadə edib. Onun fikrincə, qarşıdakı ilin makroiqtisadi inkişaf göstəriciləri üzrə nikbin proqnozları respublikamızda pozitiv meyillərin artacağını deməyə əsas verir. Büdcə gəlirlərinin artması isə maliyyə sabitliyini və dayanıqlı inkişafı təmin etməklə bərabər, iqtisadi və sosial layihələrin, eləcə də, mühüm investisiya proqramlarının daha da geniş xarakter almasına imkan verəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

