Hərbi əməliyyatlar, yoxsa psixoloji müharibə?
08.02.2022 [10:43]
Qərb iddia, Rusiya isə istisna edir
P.İSMAYILOV
Ukrayna mövzusu ilə bağlı yenidən həyəcan təbili çalınmaqdadır. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ Rusiyanın Donbassı ilhaq edə biləcəyini istisna etmir. Onun fikrincə, Rusiya Federasiyasının planları müxtəlif ola bilər: “Ukraynanın şərqindəki Donbass kimi tanınan əraziləri ilhaq etmək ehtimalı, yaxud da kiberhücumlar, siyasi sabitliyin pozulması”. Sallivanın sözlərinə görə, son aylar ABŞ və müttəfiqləri bütün mümkün ssenarilərə hazırlaşmaq üçün çalışırlar. Müşavir onu da əlavə edib ki, Ukraynaya qarşı hər hansı bir təcavüz olarsa, ABŞ müttəfiqləri ilə birgə Rusiyaya ciddi iqtisadi təzyiqlər edəcək.
Ötən həftə ABŞ Rusiyanı daha çox qoşunu geri çəkməyə sövq etmək səylərinin bir hissəsi olaraq Almaniya və Şərqi Avropaya 3000 əlavə əsgər göndərdiyini elan edib. ABŞ rəsmilərinə istinad edən “Reuters” və “Washington Post” isə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxilə üçün lazım olan qüvvə və vasitələrin təxminən 70 faizini Ukrayna sərhədlərinə çəkdiyini yazıb. Amerika kəşfiyyat mənbələrinin məlumatına görə, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının (BTQ) sayı 83-ə çatıb. Məlumatda vurğulanır ki, cəmi bir həftə əvvəl bu say 60-a yaxın olub. Daha 14 qrupun isə yolda olduğu bildirilir. Nəşrlərdə BTQ-lərin ümumi sayına “Müttəfiqlərin qətiyyəti” təlimində iştirak etmək üçün Belarusa yollanan Rusiya hərbçilərinin daxil olub-olmadığı aydın deyil. Krımdakı hərbçilərlə bir yerdə Ukrayna sərhədində yerləşdirilən Rusiya hərbçilərinin sayının 100-130 min nəfər olduğu bildirilir. Nəşrlər, həm də ABŞ rəsmilərinə istinad edərək genişmiqyaslı əməliyyat keçirilməsi halında mümkün itkilər barədə təxminləri yazıblar. Hesablamalara görə, Ukrayna hərbçiləri arasında 5-25 min, Rusiya hərbçiləri arasında 3-10 min, mülki şəxslər arasında 25-50 min itki ola bilər. Bundan əlavə, toqquşmanın Avropa İttifaqı ölkələrində 5 milyona qədər qaçqının didərgin düşməsinə səbəb ola biləcəyi iddia edilir. Yazılarda mümkün hərbi kampaniyanın gedişatının qiymətləndirilməsindən də bəhs edilir. İddia olunur ki, rus hərbçilərinin Kiyevə daxil olması üçün cəmi 2 gün lazım ola bilər, lakin bu şəhərin ələ keçirilməsi çoxsaylı itkilərlə müşayiət olunacaq.
Rusiya tərəfi isə Ukraynanı işğal etmək planının olmadığını bildirir və belə bir təhlükə barədə yazıb-yaradan Qərb siyasətçilərini və medianı tənqid edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski son yazılanları dəlilik və təşviş adlandırıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir regionda gedən proseslərin ciddi şəkildə izlənildiyini diqqətə çatdırıb. Onun fikrincə, Qərb mətbuatının yaydığı məlumatlar birmənalı qarşılana bilməz: “Sözügedən açıqlamalarda kəşfiyyat məlumatları dərc olunur ki, bu məlumatların həqiqiliyi şübhə altındadır. Hətta bəzi media orqanları Ukraynada baş verəcək müharibədə öləcək və ya qaçqın düşəcək olan insanların sayını belə qeyd edirlər. Bu, bir daha onu göstərir ki, ABŞ və müttəfiqləri hazırda daha çox psixoloji təzyiqlə məşğuldurlar. Maraqlıdır ki, Vaşinqton və müttəfiqləri bir tərəfdən danışıqların aparılması, dialoqun genişləndirilməsi üçün cəhdlər etdiklərini deyirlər, Avropa İttifaqı çərçivəsində Rusiya ilə problemin həllini müzakirə edirlər. Digər tərəfdən isə, bu cür məlumatlar yayırlar. Fikrimcə, deyilənlər, sadəcə proqnozlardır. Nəzərə alınmalıdır ki, Fransa Prezidenti Emmanuel Makron Kiyevdə görüşlər keçirəcək. Bundan qabaq isə Rusiya dövlət başçısı ilə müzakirələr aparılıb. Demək ki, hələ də dialoq mühiti var və problemin danışıqlar yolu ilə həlli mümkündür”.
Millət vəkilinin sözlərinə görə, regionda baş verə biləcək qarşıdurma heç bir ölkənin maraqlarına uyğun deyil. Bu baxımdan, regionun aparıcı siyasi qüvvələri də Ukrayna ilə Rusiya arasında kompromisin tapılması üçün cəhdlər göstərirlər. E.Mirbəşir Türkiyənin və Azərbaycanın bu istiqamətdəki səylərinin olduqca yüksək qiymətləndirildiyini bildirib. “Bir müddət öncə Azərbaycan Prezidenti Ukraynaya səfər etdi. Ardından isə Rusiya Prezidenti ilə telefon danışığı oldu. O cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə mühüm səylərini müşahidə edirik. Sülh danışıqları hər zaman ən yaxşı çıxış yolu sayılıb. İndiki halda da bu yolun seçilməsi daha məqbuldur”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35

