Ermənistanın növbəti riyakarlığıİrəvan yenə də öhdəliyindən imtina edir
09.02.2022 [10:42]
Erməni tərəfi bu məlumatları verməkdən imtina edərsə, beynəlxalq ictimaiyyətin təzyiqlərinə məruz qalmalıdır
Nardar BAYRAMLI
Fevralın 4-də Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın videoformatda görüşü zamanı erməni tərəfinin Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlı hərbçilər və mülki şəxslər, kütləvi məzarlıqların kordinatları haqqında məlumatın Bakıya verəcəyi bildirildi. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan etdi ki, fevralın 7-də 8 erməni əsirinin qaytarılması müqabilində İrəvan kütləvi məzarlıqların yeri barədə məlumat vermək haqqında öhdəlik götürüb. Amma çox keçmədi ki, erməni tərəfi paradoksal açıqlama verdi. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan dedi ki, ölkəsi itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün heç bir birtərəfli öhdəlik götürməyib. O iddia etdi ki, həmin müharibədə erməni tərəfinin də itkin düşənləri var.
Məsələ ilə bağlı artıq Azərbaycanın Xarici İşlər Nazirliyi mövqeyini bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd olunur ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin erməni əsilli 8 hərbi qulluqçunun qaytarılması müqabilində birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə Ermənistanın öz üzərinə öhdəlik götürməməsinə dair 2022-ci il 7 fevral tarixli açıqlaması beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir: “Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun müvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur”.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq”,-deyə məlumatda vurğulanır.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistan öz xislətinə uyğun hərəkət edir. Onun sözlərinə görə, bu ölkə regionda sülhün təmin olunması, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı görünmür: “Bilirsiniz ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məqamlardan biri məhz humanitar məsələlər olub. Bununla əlaqədar dövlətimizin başçısı tərəfindən Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən də dəstək ifadə olunub. İtkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib. Amma bir neçə gün sonra isə erməni tərəfi öz vədini, öhdəliyini inkar edir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan hər iki dövrdə müharibə qanunlarına əməl edib: “Yəni humanitar qaydalar gözlənilib. İkinci Qarabağ müharibəsində də ordumuz erməni hərbi birləşmələrindən fərqli olaraq mülki insanlara hücum etmədi. Ölkəmizin müharibədən sonra humanist addımlarının nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Bütün bunların fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəlikləri inkar etməsi heç bir çərçivəyə sığmır. Əgər müvafiq məlumatlar verilərsə, 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər. Erməni tərəfi bu məlumatları verməkdən imtina edərsə, beynəlxalq ictimaiyyətin təzyiqlərinə məruz qalmalıdır”.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

