Saxtalaşdırılmış tarixdə erməni izi...
09.02.2022 [10:55]
Ermənilərin tarixi saxtalaşdırmaq və mədəni irsi mənimsəmək cəhdləri iflasa məhkumdur
Taleh AĞAVERDİYEV
Almanlar punktuallıqları ilə məşhur olduqları kimi, ermənilər də çoxdan mahir saxtakar və mif yaradıcıları statusunu özləri üçün təmin ediblər. Bu, mahiyyətcə öz tarixi olmayan ermənilərin özlərini təsdiq etmək üçün əsas prinsiplərdən biridir. Erməni lobbisi çoxlu pul tökərək bir sıra prinsipsiz, maddiyyatı həqiqətdən üstün tutan xarici KİV vasitəsilə bu mifləri yaymaqdan əl çəkmir.
Belə ki, Azərbaycanın mədəniyyət nazirinin Bakıda ermənilər tərəfindən alban kilsələrinin saxtalaşdırılmasına dair sübutların toplanması üçün işçi qrupunun yaradıldığı barədə bəyanatına cavab olaraq bir sıra qərəzli xarici KİV ölkəmizlə bağlı açıq-aşkar yalan məlumatlar yaymağa başlayıb. Məsələn, Fransanın ən böyük qəzetlərindən biri olan “Le Figaro”nun baş redaktor müavini Jan-Kristof Büisson “Twitter” hesabında yazı dərc edib və Azərbaycana qarşı ittihamlar irəli sürüb. O, həmçinin Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelinin Bakıya son səfərindən qəzəblənib. Fransa nümayəndələrinin Azərbaycanda 44 günlük müharibə zamanı işğaldan azad edilmiş torpaqlarda “mədəni soyqırımı”ndan deyil, enerji tərəfdaşlığından danışması, xüsusən də Fransa hökuməti və UNESCO tərəfindən heç bir reaksiyanın olmaması ermənipərəst jurnalisti dəhşətli dərəcədə qıcıqlandırır...
Lakin Büisson burada bir qədər yanılır. 30 il ərzində ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilik və vandalizmə, ölkəmizin bu məsələ ilə bağlı müraciətlərinə məhəl qoymayan UNESCO Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Qarabağda mövcud olmayan erməni irsi məsələsini dərhal həll etməyə can atırdı. Lakin Bakı nəzakətlə, lakin sərt şəkildə cavabını verdi. Yalnız cəmi bir neçə gün əvvəl UNESCO-nun Azərbaycan və Ermənistana missiyasının göndərilməsi təsdiqləndi. Ola bilsin ki, məhz bu missiyanın təsdiqi ilə bağlı erməni tərəfi bu qədər hay-küy salıb. Missiya nümayəndələri erməni vandalizminin fəsadlarını öz gözləri ilə görmədən Azərbaycana böhtan atmağa cəhd edirlər.
Bu kimi qərəzli yanaşmalarla əlaqədar Mədəniyyət Nazirliyi bəyanat yayaraq Azərbaycanın tarixi-mədəni irsə dini və etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşdığını xatırladıb və bildirib ki, bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində qədim alban irsinə gəlincə, müvafiq monitorinqin aparılması üçün yaradılmış işçi qrupuna xarici ekspertlərin də daxil olduğu qeyd edilir. Saxtalaşdırmalar aşkar edildikdə bu pozuntular sənədləşdirilərək xarici ekspertlərin iştirakı ilə beynəlxalq ictimaiyyətə təqdim ediləcək.
Azərbaycanlılar tarixən yaradıcı xalqdır. Sadəcə olaraq, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına və inkişafına nə qədər zəhmət və vəsait qoyulduğuna baxmaq kifayətdir. Bu, bütün dünyanın gözü qarşısında baş verir, hamı bunu görür və nəticə çıxarır. Bunun əyani sübutu kimi Şuşada məscidlərlə yanaşı, iki xristian kilsəsinin də bərpasını göstərmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir. Azərbaycan xalqı zəngin tarixə malikdir, ona görə də başqalarının mədəni və tarixi dəyərlərini mənimsəməyə ehtiyacımız yoxdur.
Bütün səslənən ittihamlar erməni tərəfinə ünvanlanmalıdır. İşğal ərəfəsində Azərbaycan ərazilərində bütöv şəhər və kəndlər dağıdılıb, bir çox mədəni abidələr təhqir olunub və ya dağıdılıb. Ermənilərin hansısa səbəbdən dəyişdirə, mənimsəyə bilmədikləri alban kilsələri də təhqirə və dağıntılara məruz qalıb. Azərbaycan ərazilərində ermənilər tərəfindən məscidlərin dağıdılması, onların kilsəyə çevrilməsi, alban kilsələrinin erməniləşdirilməsi XIX əsrin 30-cu illərindən sonra geniş vüsət almışdır. Sonradan Ermənistan Azərbaycanın tarixi, dini və mədəniyyət abidələri ilə bağlı məqsədyönlü siyasətini davam etdirib. Bu faktları aydın şəkildə göstərən sübutlar - sənədlər, fotoşəkillər və videolar var.
Bu siyasətin mahiyyəti Azərbaycan ərazilərində mədəniyyətimizin izlərini məhv etməkdən ibarət idi. Uzun müddət işğal altında saxlanılmış ərazilərdə yerləşən 128 alban kilsəsinin, demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərdəki Gəncəsər məbədi, Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqorian kilsələrinə çevrildi. Alban kilsələrinin erməniləşdirilməsi cəhdləri İ.Petruşevski, N.Adonts və Z.Bünyatov kimi tanınmış alimlər tərəfindən ifşa edilib.
Erməni saxtakarlıqlarının bariz nümunəsi Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng məbədi kompleksidir. Ermənilərin burada törətdikləri saxtakarlıqlar monastırın girişində müasir xaçlar şəklində və monastırın daxilindəki bir çox xaç elementlərində aydın görünür.
Erməni lobbisi beynəlxalq ictimaiyyəti yanıltmaq əvəzinə, vəsaitləri yoxsul Ermənistanı böhrandan çıxarılmasına yönəltməlidir. Bu isə yalnız qonşularla normal münasibətlər qurulduqdan sonra mümkündür. Bu cür yalanları yayan, Azərbaycan tarixinə sayğısızlıq göstərən KİV nümayəndələrinə gəldikdə isə, bilməlidirlər ki, bu, ermənilərin mədəniyyət abidələrinə qarşı təcavüzündə birbaşa şərikliyin, nadanlığın (savadsızlığın) və qeyri-peşəkarlığın təzahürüdür.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

