ATƏT-in təsir mexanizmləri mövcud deyil
11.02.2022 [23:09]
Rusiya nümayəndəsi təşkilatı “amorf struktur” adlandırdı
Pərviz
ABŞ ilə Rusiya arasında davam edən siyasi gərginliklər özünü Avropanın beynəlxalq təsisatlarında da büruzə verməkdədir. Belə ki, bəzi Avropa təşkilatlarının məsələlərə birtərəfli yanaşması, daha doğrusu, açıq şəkildə ABŞ-ı dəstəkləməsi Rusiyanı qıcıqlandırır. Bunun nəticəsidir ki, rəsmi Kreml prosesin həmin təsisatlar vasitəsilə müzakirəsini birmənalı şəkildə istisna edir. Məsələn, bir neçə gün öncə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Aleksandr Lukaşeviç bildirmişdi ki, Rusiya dövləti təhlükəsizliklə bağlı təkliflərini ATƏT-də müzakirə etməyəcək. O qeyd etmişdi ki, ölkəsi təşəbbüsləri ilə bağlı ATƏT-də hər hansı bir müzakirə açmaq niyyətində deyil. Aleksandr Lukaşeviç hətta ATƏT-i hədəf almaqdan belə çəkinməyib: “Bu, beynəlxalq hüquqi statusu olmayan amorf bir strukturdur”. Lukaşeviç deyib ki, ATƏT-in nə nizamnaməsi, nə də təsis sənədi var və hazırkı vəziyyətdə Avroatlantik məkanda vəziyyətə hər hansı şəkildə təsir etmək iqtidarında deyil.
Bunun qarşılığında isə ABŞ öz “tərəfdaşının” müdafiəsinə qalxıb. ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri, səfir Maykl Karpenter deyib ki, bəzi həmkarları ATƏT-in amorf struktur olması ilə bağlı fikrində səmimi deyillər. Onun sözlərinə görə, Rusiya Federasiyası hökumət səviyyəsində ATƏT-in bir sıra deklarasiyalarına digər ölkələrlə birgə imza atıb. Bura Helsinki Yekun Aktı, Paris Nizamnaməsi hansı ki, bu Avropanın təhlükəsizliyi barədə nizamnamədir, Astana Deklarasiyası və digər sənədlər daxildir. Maykl Karpenter deyib ki, ATƏT inkl?ziv bir platformadır. Bəzən burada qərarların nəticələri olmasa da ancaq hər kəsin burada səsi var: “Hətta Soyuq Müharibənin ən gərgin dövründə belə ATƏT çərçivəsində hüquqi bağlılığı özündə ehtiva edən sazişlər imzalanıb ki, bunlar bizim hamımızın təhlükəsizliyinə xidmət edib, gücləndirib. Buna nümunə olaraq, Avropa Sazişində Şərti Qüvvələr sənədini göstərmək olar. Bu sənəd Avropada hərbi şəffaflığı təşviq edib”
Maykl Karpenterin fikrincə, təşkilatın gərginlikləri deeskalasiya etmək və hətta silahlara nəzarətlə bağlı yeni mexanizm formalaşdırmaq potensialı var: “Bu platforma hər kəsi masa ətrafına toplamağa, siyasi iradə, deeskalasiya ilə bağlı istək göstərməyə və təhlükəsizliyi gücləndirmək üçün razılaşmağa təşviq edir”.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, ATƏT İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Avropa qitəsində sülh və stabilliyin qorunması üçün “bünövrə” rolunu oynamalı idi. Onun sözlərinə görə, zaman-zaman ikili standartlardan çıxış etməsi uzunmüddətli hesabda ATƏT-in nüfuzdan düşməsinə və aktuallığını itirməsinə yol açdı. Məsələn, BMT TŞ qətnamələrini həyata keçirmək üçün kifayət qədər ciddi əsası olan ATƏT-in Minsk Qrupu keçmiş Qarabağ münaqişəsinə münasibətdə 30 illik turizm diplomatiyasından uzağa gedə bilmədi. Bu isə özlüyündə bütün dünyada konfliktlərin sülh yolu ilə həlli imkanlarının demək olar ki, sıradan çıxarılması ilə nəticələndi: “ATƏT-in 57 üzvü 50 il ərzində dəfələrlə təsdiqlədikləri prinsiplər - suverenlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli istiqamətində uğurlu addımları ilə seçilə bilmədilər. Bu isə nəticədə ATƏT-in amorf struktur olması ilə bağlı fikirlərin ortaya çıxmasını şərtləndirdi. Daha doğrusu, bu ifadənin səslənməsində əsas səbəb ATƏT-in davranışlarıdır. ATƏT öz coğrafiyasında qurumun bir üzvünün digər üzvünün mülki əhalisini ballistik raketlərlə atəşə tutmasını susqunluqla qarşıladı. Bu məsələ ilə bağlı hər hansı bir ciddi araşdırma aparılmadı. Hətta təşkilatın təməl sənədi sayılan Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə hörmət əmsalı belə mübahisəli yanaşmaları özündə ehtiva etməkdədir. Çünki quruma üzv dövlətlərin bəziləri Avropanın təhlükəsizliyinin əsasını təşkil edən Helsinki Yekun Aktına, Paris Nizamnaməsinə, Astana Deklarasiyası və digər sənədlərə sadiqlik nümayiş etdirməyiblər”.
Y.Hacıyevanın fikrincə, ATƏT-in qərarları da inklüziv bir platformanın qərarları kimi beynalxalq hüquq və normalara hörmət üzərində qurulmalıdır. Üzv dövlətlərin isə bu prinsiplərə əməl etməsi vacib şərtə çevrilməlidir. “Məsələn, ATƏT bəzi üzv dövlətlərin separatizmlə bağlı məsələlərdəki roluna prinsipial və birmənalı munasibət sərgiləməlidir.
Əksinə, davranış isə nəticədə müxtəlif coğrafiyalarda separatizmin baş qaldırması üçün motivasiya rolunu oynayır. Deyərdim ki, qurumun üzvü olan postsovet ölkələrindəki mövcud konfliktlərin əksəriyyətinin həll olunmaması Avropa Birliyi ölkələrində də separatizmin baş qaldırmasına yol açdı. Bu kimi yanaşma təşkilatın gələcəyi üçün narahatlıqlar yaradır. Bundan başqa, ATƏT-in beynəlxalq nizamlayıcı instansiya kimi böhranlar zamanı gərginlikləri deeskalasiya etmək təcrübəsi də uğursuzdur. Daha doğrusu, ATƏT-in heç bir təsir mexanizmləri mövcud deyil”, - deyən siyasi şərhçi bildirib ki, təşkilatın müxtəlif sənədlərində təsbit olunmuş prinsiplərə hamının əməl etməsi üçün birgə səylər göstərilməlidir. Bu səylərdə isə təcavüzkarla təcavüzə uğramış tərəflərə ədalətli yanaşma ayrılmalıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

