/ / Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyasına həsr olunmuş yay düşərgəsi açılıb
Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyasına həsr olunmuş yay düşərgəsi açılıb
14.09.2010 [10:07]
AzərTAc xəbər verir ki, sentyabrın 10-dan Nabrandakı “Atlant” istirahət mərkəzində təşkil edilmiş düşərgənin açılış mərasimində Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, YUNİSEF-in nümayəndəsi Natiq Umarov, “Dan” İctimai Birliyinin sədri Gülarə Teymurova və başqaları çıxış edərək son illər ölkəmizdə uşaqların hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Vurğulanıb ki, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub.
Diqqətə çatdırılıb ki, təhsilin inkişafına dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Fondun reallaşdırdığı ən möhtəşəm layihələrdən biri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. Son illərdə bu proqram çərçivəsində 300-ə yaxın məktəb binası tikilib. Artıq layihənin ikinci mərhələsinə başlanılıb. Bu layihə çərçivəsində yüzlərlə məktəb yenidən bərpa olunub, ən müasir avadanlıq və kompyuterlərlə təchiz edilib.
Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış “Uşaq evləri və internat məktəblərinin inkişaf Proqramı”na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulub, əsaslı təmir edilib, ən müasir avadanlıqla təchiz olunub. Bu müəssisələrdə kimsəsiz uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılıb.
Xüsusi olaraq vurğulanıb ki, Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi dayanır. Xalq bu məhəbbəti görür və qiymətləndirir.
Məlumat verilib ki, beşgünlük düşərgənin əsas məqsədi təlim bacarıqları öyrətməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərini artırmaqdır. Düşərgəyə Xaçmazdan və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 50-yə yaxın yeniyetmə və gənc cəlb olunub. Düşərgədə 14 valideyn, 14 texniki işçi və mütəxəssislər çalışıb. Burada müxtəlif tədbirlər, o cümlədən idman oyunları keçirilib, filmlər nümayiş etdirilib və müzakirələr aparılıb. Bir sözlə, uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
Qeyd edilib ki, belə tədbirlər bundan sonra da təşkil olunacaq və bu düşərgələrə daha çox yeniyetmə və gənc cəlb ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

