/ / 2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır
2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır
23.09.2010 [10:40]
Dünən Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
2011-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının müvafiq qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin qlobal maliyyə böhranı şəraitində qorunub saxlanması, ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi zəminində, həmçinin, dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilib.
Layihə hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq surətdə büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.
Dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla, ümumi daxili məhsulun (üDM) 31,7 faizi həcmində nəzərdə tutulur.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur.
2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır.
Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aiddiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də, ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən, inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.
2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən beynəlxalq təşkilatların, habelə bank və maliyyə qurumlarının proqnozları, bu proqnozlara təsir edə biləcək hallar təhlil edilib. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları müsbətdir. Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün üDM-in real artım tempi 3,8 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 7,2 faiz, neftin bir barrelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi isə 5 faiz həcmində nəzərdə tutulur.
İclasa yekun vuran Baş nazir Artur Rasizadə qeyd edib ki, ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanacağına əminlik yaradır.
İclasın sonunda Nazirlər Kabineti dövlət büdcəsi layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

