Rusiyadan sonra növbə Çinə çatır...
16.03.2022 [10:10]
ABŞ rəsmi Pekini hədələdi
PƏRVİZ
Qərbin rəqiblərinə qarşı “sanksiya müharibəsi” davam etməkdədir. ABŞ Rusiyanın ardından ən böyük təhdid saydığı Çinə qarşı da analoji davranışı nümayiş etdirə bilər. Bununla bağlı Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. O, ABŞ Dövlət Departamentinin Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı mümkün sanksiyalarının tətbiqini inkar etməyib: “Biz bunun nə ilə nəticələnə biləcəyini açıqlamaq fikrində deyilik. Aydındır ki, hazırda biz belə bir ehtimalı nəzərdən keçirmək istəmirik”, - deyə diplomat bildirib. Prays onu da əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə hansı səviyyədə olması da sual doğurur.
Bu, Çinə qarşı ABŞ-dan səslənən ilk sanksiya təhdidi deyil. Belə ki, bir neçə gün öncə ABŞ-ın ticarət naziri Gina Raimondo da Çin şirkətlərinə “barmaq silkələmişdi”. Amerikalı nazir bu şirkətlərin Rusiyaya qarşı sanksiyaları pozacağı halda onlara da məhdudiyyətin tətbiq ediləcəyini demişdi. Raimondo bildirmişdi ki, qaydalar pozulsa, Bayden administrasiyası SMIC və digər Çin çip istehsalçılarına qarşı sanksiya tətbiq edəcək: “ABŞ Rusiya və Belarusda çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini əsaslı şəkildə bağlaya bilər”.
Xatırladaq ki, bir müddət öncə Çindən də rəsmi Vaşinqtona qarşı “sanksiya hədə”ləri səslənmişdi. Pekin Tayvana silah tədarükünə görə ABŞ şirkətlərinə analoji sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Sanksiyaların ABŞ-ın “Raytheon Technologies” və “Lockheed Martin” şirkətlərinə təsir edəcəyi bildirilmişdi.
İndiki halda ABŞ-ın Çini sanksiya ilə təhdid etməsi qütbləşmənin daha da dərinləşməsinə xidmət etmirmi? Bu, özlüyündə ABŞ və Rusiya ətrafında yaranan müttəfiqlər qrupunun qlobal müharibəsinə çevrilə bilərmi?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, müasir beynəlxalq hüquq çərçivəsində iqtisadi sanksiyaların tətbiqinin legitimləşməsi müəyyən prosedura əsaslanır. Belə ki, bu addım kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yalnız BMT TŞ-nin qərarı ilə, çoxtərəfli məcburi tədbirlər çərçivəsində legitim hesab edilə bilər: “Bütün digər hallarda birtərəfli sanksiyalar, xüsusən də onlar ölkələrin ekstraterritorial qanunlarının tətbiqi ilə həyata keçirilirsə bu, beynəlxalq hüquq anlayışından milli suverenliyin və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin pozulmasıdır. Yeni tarixdə sanksiyalar ABŞ-ın xarici siyasətinin əsas alətlərindən biri kimi o qədər geniş vüsət alıb ki, onlar müasir beynəlxalq münasibətlərdə ən mühüm mexanizmlərdən birinə çevrilib. Son günlər ABŞ “Çinin Rusiya-Ukrayna münaqişəsini söndürmək üçün konkret tədbirlər görməməsi” və “Rusiyaya qarşı sanksiyaların tətbiqində Qərb dövlətləri ilə əməkdaşlıq etməməsi” barədə ictimai gündəm formalaşdırır ki, bu da Çini narahat edir. Çin hesab edir ki, ABŞ və Avropa İttifaqı Ukrayna böhranına görə Rusiyaya qarşı addımlar atarkən, Çin şirkətlərinə və fərdi şəxslərinə sanksiyalar tətbiq etməməli, Çinin legitim hüquqlarına və maraqlarına zərər vurmamalıdır. Əks halda, Çin buna cavab verəcək. Bu isə, nəticə etibarı ilə qarşıdurmaların miqyasını böyüdə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

