Hərbi təzyiq, yoxsa beşinci sanksiya paketi?
17.03.2022 [10:24]
Qərb Rusiyanı dalana sıxışdırmaq niyyətindədir
PƏRVİZ
Martın 24-də NATO-nun Ukraynadakı vəziyyət və alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək. Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı özünün twitter səhifəsində yazıb. “Mən martın 24-də NATO-nun mənzil-qərargahında fövqəladə sammit çağırdım. Biz Rusiyanın Ukraynaya müdaxiləsini, Ukraynaya güclü dəstəyimizi, NATO-nun çəkindirici və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini müzakirə edəcəyik”, - NATO-nun baş katibi bildirib.
Toplantıda Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden də iştirak edəcək. Bu barədə ABŞ-ın NATO-dakı Nümayəndəliyi məlumat yayıb. Ağ Evin sözçüsü Cen Psaki isə Baydenin həm də Avropa Şurasının zirvə toplantısına qatılacağını bildirib. Sözügedən sammitlərdə Rusiyaya qarşı daha ciddi iqtisadi sanksiyalar, Ukraynaya humanitar yardımlar müzakirə olunacaq. Yeri gəlmişkən, Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması və Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etməsi barədə rəsmi bildiriş alıb. Bu barədə qurumun sözçüsü Daniel Höltgen twitter səhifəsində yazıb. Belə ki, Rusiya Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edib və xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
Qərb dünyasının yenidən masa arxasına oturması Rusiyaya qarşı yeni təzyiqləri aktuall?şdırır. Bu, həm hərbi, həm də iqtisadi sanksiyalar müstəvisində baş verə bilər. Baş verənlər həm də qarşıdakı günlərdə gərginliyin inkişaf edən xəttlə yüksələcəyini deməyə əsas verir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli də bildirib ki, proseslərin inkişafı NATO-nun Rusiya-Ukrayna müharibəsinə qatılmasını zəruriləşdirir. Onun sözlərinə görə, xüsusən, Ukraynanın hava məkanının bağlanması məsələsi artıq gündəlikdədir: “Bir neçə NATO ölkəsinin baş naziri Kiyevdədir. Bu isə o deməkdir ki, Kiyevə havadan zərbələr endirmək demək olar ki, qeyri-mümkündür. NATO-nun martın 24-də baş tutacaq fövqəladə iclasında isə yəqin ki, atılması nəzərdə tutulan yeni addımlar müzakirə olunacaq. Müzakirə predmetlərinə gəlincə, fikrimcə, ilk sırada Kiyevə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi dayanır. Bu texnikaları işlətmək üçün təlimatçılar da Ukraynaya göndərilə bilər. Bundan başqa, Polşada, Rumıniyada, Bolqarıstanda olan sovet istehsalı təyyarələr də Ukraynaya verilə bilər. Düzdür, ABŞ Ukraynaya yeni nəsil qırıcılar da göndərə bilərdi, amma həmin təyyarələrin idarə edilməsi ilə bağlı problemlər mövcuddur. Ukrayna ordusunda bu təyyarələrin idarə edilməsi ilə bağlı təcrübəli kadrlar yox səviyyəsindədir. Bu mənada, köhnə sovet sisteminə malik təyyarələr Ukrayna üçün daha əlverişli sayılır”.
Müzakirələrdə Rusiya ilə bağlı da məsələlərə toxunulacağını istisna etməyən Q.Hüseynli vurğulayıb ki, NATO öz planlarını gizlətmir. Bu planlarda isə bir çox məsələlər yer alır. “Hətta Rusiyanın qərb sərhədləri boyunca yeni NATO qüvvələrinin yerləşdirilməsi məsələsi də gündəmdədir. Müəyyən məqamda bu qüvvələri işə salmaqla Rusiyaya cavab zərbələri endirilə bilər. Hazırda ən aktual məsələ yeni sistemlərin işlədilməsi üçün təlimatçıların Ukraynaya göndərilməsi və yeni silahlardan istifadənin öyrənilməsidir”, - deyən politoloq vurğulayıb ki, hərbi qarşıdurma ilə yanaşı, qarşıdakı günlərdə 5-ci paket iqtisadi sanksiyaların da qəbulu gözlənilir. Eləcə də, elan edilən sanksiyalara nəzarət məsələsi ciddi şəkildə diqqət mərkəzindədir: “Bu sanksiyalar Rusiya daxilində böyük narazılıqlar yaradır. Qərb dairələri isə bundan istifadə edə bilər. Hətta qarşıdakı dövrdə Rusiyada yaşayan bəzi azsaylı xalqlar vasitəsilə Rusiya hakimiyyətinə qarşı təzyiqlərə də əl atılması gözləniləndir”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26

