Siyasi təzyiqlərə start verildi
18.03.2022 [10:28]
Qərb Rusiya ətrafında çəmbəri daraldır
PƏRVİZ
Rusiya rəsmi şəkildə Avropa Şurasından çıxarıldı. Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından endirilib. 26 il Avropa Şurasının üzvü olmuş Rusiya Ukrayna ilə müharibə başlayandan sonra qurumdan və Avropa İnsan Haqları Konvensiyasında fəaliyyətini dondurmağını bəyan etmişdisə də, qurum artıq rəsmi şəkildə rəsmi Moskvanı öz sıralarından xaric edib.
Bu isə Rusiyanın digər beynəlxalq təşkilat və birliklərdən ixracı ilə bağlı məsələni də aktuallaşdırıb. Yeri gəlmişkən, Polşanın xarici işlər naziri Zbiqnev Rau Polşa televiziyasında çıxışı zamanı bildirib ki, Rusiya Federasiyasının G20-də mümkün dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Buna cavab olaraq Rusiya XİN - in sözcüsü Mariya Zaxarova vurğulayıb ki, indi bu cür bəyanatlara münasibət bildirmək mənasızdır, çünki məsləhət deyil: “Əgər onların iradəsində olsaydı, Yer kürəsində yalnız özləri qalardılar”.
Göründüyü kimi, artıq Qərb Rusiyaya iqtisadi təzyiqlərlə yanaşı, siyasi təzyiqlərlə də təsir göstərmək niyyətindədir. Bu, qarşıdakı müddətdə Rusiyanın BMT və ya digər Avropa təsisatlarından da uzaqlaşdırılmasına zəmin yarada bilərmi?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyanın AŞ-dan çıxarılması daha çox Qərbin Rusiyanı siyasi boykot etməsidir. Bu onu göstərir ki, Qərb artıq Rusiya ilə danışmaq istəyində deyil: “Avropa Şurası bir dialoq platforması idi. Bu platforma çərçivəsində müxtəlif məsələlər müzakirə olunurdu. Burada həm Rusiyanın daxili, həm də xarici siyasəti ilə bağlı addımları haqqında fikir mübadilələri aparılırdı. Bu müzakirələr dialoqa bənzər formada həyata keçirilirdi. Düzdür, bu müzakirələrdə qarşılıqlı ittihamlar da, ziddiyyətli bəyanatlar da yer alırdı. Bütün hallarda bu müzakirə danışıq yolu idi. Demək ki, Qərb artıq dialoqu aparmaq istəmir və ya danışıqdan imtina edir. Bu isə Rusiyanın diplomatik manevr imkanlarını azaldır. Rusiyanın ətrafındakı onsuz da effektsiz olan diplomatik meydança əlindən alınır”.
Rusiyanın G-20-dən uzaqlaşdırılmasına gəldikdə isə, İ.Vəlizadə bunu imkansız sayır. Prosedur imkanları bunu mümkünsüz edir. “Polşa G-20-nin üzvü deyil və bu barədə nəsə deməyə haqqı yoxdur. G-20-də Qərb ölkələri azlıq təşkil edir. Qərb Rusiyanı oradan uzaqlaşdırmaq üçün səsçoxluğu qazana bilməyəcək. Bu baxımdan, polşalı nazirin iddiası əsassızdır və real siyasi addım kimi görünmür”, - deyən politoloq onu da əlavə edib ki, rəsmi Kremlin digər siyasi təsisatlardan - BMT-dən və ya ATƏT-dən çıxarılması da mümkün deyil. Bu qurumların əsasnaməsi də Rusiyanın həmin birliklərdən uzaqlaşdırılmasına imkan vermir: “Bu qərarlar kvorum əsasında verilə bilər. Bunun üçün isə məsələn, ATƏT-ə üzv olan bütün ölkələr Rusiyadan imtina etməlidirlər. Bu isə mümkün deyil. BMT TŞ-dan isə ixrac heç cür mümkün ola bilməz. Çünki bu şura daimi xarakterlidir. Əsasnamədə isə daimi üzv ölkənin üzvlükdən kənarlaşdırma mexanizmi yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

