Azərbaycan KİV-i milli maraqlarımızı necə qoruyur?
13.10.2010 [09:27]
Bu gün Azərbaycanda KİV-in sərbəst fəaliyyəti üçün hər cür şərait var. 10 ildən artıqdır ki, KİV üzərində senzura aradan qaldırılıb, jurnalistlərin azad fəaliyyəti, müxtəlif informasiya mənbələri ilə sərbəst əməkdaşlığı üçün geniş imkanlar yaradılıb. Belə olan təqdirdə, jurnalistlərin, media nümayəndələrinin üzərinə düşən vəzifə öz işlərini məsuliyyətlə və vicdanla yerinə yetirməkdir. Bu, həm də jurnalistin vətəndaşlıq borcudur. KİV-in inkişafına hərtərəfli şərait yaradan dövlət də təbii olaraq media nümayəndələrindən peşə fəaliyyətlərində Vətənə, milli maraqlara, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirmələrini gözləyir. Bəs biz jurnalistlər üzərimizə düşən bu vəzifənin öhdəsindən lazımınca gələ bilirikmi?
Doğrudur, bu gün milli-mənəvi dəyərlərimizə sadiq olan və mütəmadi olaraq bunu təbliğ edən KİV-lərimiz mövcuddur. Lakin təəssüflə qeyd etməliyik ki, media orqanlarının müəyyən bir qismi bəzi “beynəlmiləlçi” təbliğatçıların “KİV bütün məsələlərə münasibətdə milli maraqları arxa plana keçirməlidir” kimi sərsəm məsləhətlərinin girovuna çevrilib. Lakin əgər dünya mətbuatına, hətta ən inkişaf etmiş dövlətlərin KİV-lərinə nəzər salsaq, həmin ölkələrdə jurnalistlərin peşə fəaliyyətində dövlətin və xalqın maraqlarını nəzərə aldıqlarının şahidi olarıq. Belə ki, hər hansı hərbi əməliyyatlara, müharibəyə cəlb olunan dövlətin daxilində media orqanları öz ölkəsinin nüfuzuna xələl gətirə və ya qarşı tərəfin əlində silaha çevrilə biləcək informasiyanı yaymaqdan çəkinirlər. Belə hallar baş verdikdə isə hakimiyyət orqanları üstüörtülü də olsa, məsələyə müdaxilə edirlər. Bunun örnəyini biz ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı gördük.
Elə isə biz niyə bu təcrübədən yararlanmırıq? Daha doğrusu, illərdir ki, Azərbaycanın Ermənistanın işğalçı siyasətinin hədəfinə çevrilməsi və erməni lobbisinin ölkəmizə qarşı bütün dünyada apardığı amansız informasiya müharibəsi həqiqətən də, xalqımıza xidmət etmək istəyən media nümayəndələrindən belə məsələlərdə həssas yanaşma, milli təəssübkeşlik hissi tələb edir. Lakin “beynəlmiləlçilik”, “kosmopolitizm” ideyalarının təsiri altına düşən bəzi media nümayəndələrimiz, həmçinin, bir sıra KİV-lərimiz torpaqlarımızın işğal altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu, işğalçı ölkə rəhbərlərinin xislətinin dəyişməzliyi faktını sanki unudurlar.
Məhz bu unutqanlığın və laqeydliyin nəticəsidir ki, media təmsilçilərimiz Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən düşmən ölkənin şovunist təmsilçisinə danışmaq, öz sərsəm fikirlərini bizim mətbuat vasitəsilə səsləndirmək şansı verib. Təəssüf edirik ki, media nümayəndələrimiz onu boykot etmək əvəzinə önünə mikrofon tutaraq xalqımızı və müqəddəs davamızı alçaldacaq sözlər söyləməsinə şans yaradıblar. Əgər bu informasiya əldə etmək azadlığıdırsa, belə hərəkət azadlıq sözünə təhqirdir. Əgər bu cəmiyyətin informasiya tələbatının ödənilməsidirsə, Azərbaycan cəmiyyətində əsla belə hədyanlara, ələsalmalara tələbat yoxdur.
Həmin şovinistin şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimovun hələ də ermənilərin əlində qalan cəsədinin guya neytral zonada olduğunu iddia etməsi, eləcə də, jurnalistlərimizin mülayim münasibətlərindən istifadə edərək qardaş Türkiyəyə “məsləhətlər” verməsi qəbuledilməzdir. Təəssüf ki, bəzi KİV təmsilçilərimiz Ermənistan nümayəndəsinin cəfəng fikirlərinin mediada geniş əksini tapmasına, belə demək mümkündürsə, reklamına yardımçı olublar. Halbuki bu addım etik çərçivələrə, milli maraqlara, vətənpərlik prinsiplərinə tamamilə ziddir. Azərbaycan ictimaiyyəti, xüsusilə də, cəmiyyətə təsir imkanları olan insanlar və qurumlar unutmamalıdır ki, düşmən heç bir zaman fəaliyyətsiz dayanmır, ölkəmizə, xalqımıza qarşı təxribatlar bu gün də davam edir. Bir sözlə, düşmənin kimliyi heç vaxt unudulmamalı, bu işdə hər bir kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu baxımdan, KİV nümayəndələri də milli məsələlərdə ehtiyatlı olmalıdır.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

