G7 ölkələri Rusiya rəhbərliyini təhdid etdi
08.04.2022 [10:34]
Müharibənin yönü dəyişə bilərmi?
PƏRVİZ
Brüsseldə keçirilən NATO XİN başçılarının iclası çərçivəsində G7 ölkələrinin xarici işlər nazirləri görüşüb. Bu barədə ABŞ dövlət katibi “Twitter”də bildirib. O qeyd edib ki, quruma daxil olan ölkələr indiyə qədər apardıqları siyasəti davam etdirəcəklər: “G7 Prezident Putini səbəbsiz müharibə seçiminə görə məsuliyyətə cəlb etməyə və onun Ukraynada strateji məğlubiyyətə uğradılmasına dəstək verməyə sadiqdir”.
Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri sayılan G7-nin XİN rəhbərlərinin Rusiyaya qarşı bu mövqeyi müharibənin yönünü dəyişə bilərmi? Başqa sözlə, verilən siyasi qərarların hərbi müstəviyə transfer olma ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi son 100 ildə hədyan ittihamlarla baş verən yeganə müdaxilədir. Onun fikrincə, insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit və təşviq olunduğu müasir dünyada belə bir addımın atılması yolverilməzdir: “Yeni, müasir dövrdə insanlıq bir-birinə daha hörmətlə yanaşır, hüquqların müdafiəsi uğrunda birləşir. Hətta bir sıra mütəxəssislər koronavirusdan sonrakı dönəmdə dünyanın yeni, hümanist vizyonu haqda bildirirdilər. Təəssülər olsun ki, Rusiya qonşu ölkəyə hücum etdi və dünyanın humanist vizyonuna xələl gətirdi. Rusiya öz qonşusuna qarşı böyük maddi, mənəvi və insani tələfatlar yaşatdı, qətliamlar törətdi. Amma onların əməlləri cavabsız qalmayacaq və Rusiyanın ən ali siyasi rəhbərliyi səviyyəsində hər kəs məsuliyyətə cəlb ediləcək, törətdiyi vəhşiliklərin cəzasını alacaq. Artıq Qərb dövlətləri açıq şəkildə Ukraynaya dəstək verməyə başlayıb. Bununla belə, gözləntilər daha böyükdür. Rusiyanın böyük iddialarının qarşısının alınması üçün praktiki addımlar atılmalıdır. Bu ölkə və onun rəhbərliyi dünyanı nüvə müharibəsi ilə şantaj edir. Fikrimcə, G7 dövlətlərinin XİN rəhbərlərinin görüşündə mühüm qərarlar qəbul edilib. Onlar dünyanı ciddi şəkildə təhdid edən Rusiyaya qarşı mübarizəyə səfərbər olmaqla bəşəriyyəti böyük fəlakətdən qurtara bilərlər. Əminəm ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr yeni siyasi mənzərə yaradacaqlar. Artıq ABŞ prezidenti Bayden müharibənin gedişi ilə bağlı yeni fikirlər səsləndirir, qaydaların dəyişdiyini bildirir. Bu isə Rusiyaya qarşı müharibədə daha ciddi addımların atılacağını deməyə əsas verir. İnanıram ki, siyasi qərarlar praktiki addımlar səviyyəsinə keçəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

