RAGT Moskvada İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirib
12.10.2010 [09:29]
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində (RECM) olub, ölkənin bu aparıcı tibb müəssisəsinin rəhbərləri ilə görüşüblər.
RECM-in direktoru Sergey Dzemeşkeviç ilə görüşdə tibbi kadrların hazırlanması, təcrübə və mütəxəssislər mübadiləsi, eləcə də birgə tədbirlər və aksiyalar keçirilməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Sonra Leyla Əliyeva mərkəzdə ordinatorlar və aspirantlar ilə görüşüb, onlar təşəbbüslərini dəstəklədiyinə görə Leyla Əliyevaya təşəkkür məktubunu təqdim ediblər.
Görüş başa çatandan sonra Leyla Əliyeva Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu Rafiq Babayevin disklərinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kolleksiyasını mərkəzin muzeyinə hədiyyə edib.
Leyla Əliyeva görkəmli sovet və Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, 1957-ci ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” adına layiq görülmüş professor B.Petrovskinin memorial muzeyinin ekspozisiyası ilə tanış olub.
Daha sonra RAGT-nin sədri Leyla Əliyeva böyrək və qara ciyər transplantasiyası şöbəsinə baş çəkib, burada Nijni Novqorod şəhərindən olan 11 yaşlı həmvətənimiz, Heydər Əliyev Fondunun vəsaiti hesabına müalicə olunan Camal Bəkirovla görüşüb.
Həmin gün İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İçV/QİçS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirilib. RAGT-nin tibb seksiyası, Azərbaycanın RF-dəki səfirliyi və YUNEYDS (BMT-nin İçV/QİçS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş konfransın məqsədi İçV/infeksiya barədə gəncləri məlumatlandırmaq və xəstəliyin profilaktikasıdır.
RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva konfrans iştirakçılarını salamlayıb. O, qeyd edib ki, müzakirə edilən mövzu müasir gənclərin ən ağrılı və ciddi problemlərindən biridir və bu konfrans gəncləri QİçS-in təhlükəli xəstəlik olması barədə məlumatlandırmağa kömək edəcək. L.Əliyeva əksər hallarda gənclərin mübtəla olduğu bu xəstəliyin yayılması barədə statistik məlumatları açıqlayıb. Leyla Əliyeva deyib: “Aşkardır ki, QİçS səhiyyənin ciddi problemlərindən biridir və onun həllini axtarmaq zəruridir. Heydər Əliyev Fondu Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət yetirir. Fondun təşəbbüsü ilə respublikada bir neçə müasir tibbi mərkəz tikilmişdir, Beynəlxalq Diabet Federasiyası ilə fəal əməkdaşlıq edilir, talassemiya kimi təhlükəli xəstəliklərə qarşı mübarizə məsələsinə böyük diqqət yetirilir. Heydər Əliyev Fondu YUNESKO, İSESKO, YUNEYDS və digər beynəlxalq təşkilatlarla da səhiyyə sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə uşaqlar arasında qızılca, məxmərək və digər xəstəliklər əleyhinə kütləvi immunlaşdırma tədbirləri həyata keçirilmişdir. Bu ilin baharında isə Azərbaycanda QİçS barədə məlumatın insanlara çatdırılması məqsədilə “Uşaq göy qurşağı” layihəsi həyata keçirilmişdir”.
Fondun Rusiya nümayəndəliyinin rəhbəri vurğulayıb ki, RAGT də səhiyyə problemlərindən kənarda qalmır və müntəzəm surətdə müxtəlif xeyriyyə tədbirləri keçirir. “Sağlam olduğunu yəqin et. Xəstəliyə yox de” layihəsi çərçivəsində həmvətənlərimiz pulsuz müayinə ediliblər. Hər il “Qanın milləti yoxdur” donor aksiyası keçirilir. L.Əliyevanın sözlərinə görə, RAGT-nin regional bölmələri də QİçS-in təhlükəli xəstəlik olması, onun qarşısının alınması və profilaktikası, eləcə də narkotiklərin, tütünün və alkoqolun zərəri barədə gəncləri məlumatlandırmaq üçün böyük iş aparırlar.
Leyla Əliyeva sonda deyib: “Biz sağlam həyat tərzini və gənclərin idman təşəbbüslərini həmişə alqışlayırıq. Bugünkü konfrans QİçS təhlükəsi barədə məlumatlandırma üzrə növbəti layihəmizdir. Əminəm ki, səylərimiz sayəsində gənclərin bilikləri artacaq və neçə-neçə insanın həyatı xilas ediləcəkdir. Bu isə o deməkdir ki, gördüyümüz bütün işlər çox vacibdir və biz bu istiqamətdə işi davam etdirməliyik”.
O, konfransın bütün iştirakçılarına və insanların həyatına biganə olmayan fəallara təşəkkür edib.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat çərçivəsində gənclərin problemlərinə və sağlamlığına göstərilən diqqətə görə ona təşəkkürünü bildirib, bu konfransın gənc nəsil üçün əhəmiyyətindən söhbət açıb.
YUNEYDS proqramının Rusiya və Azərbaycan üzrə direktorları Denis Y.Brun və professor Həqiqət Qədirova bütün dünyada, o cümlədən Rusiya və Azərbaycanda İçV-infeksiya ilə əlaqədar vəziyyət barədə məruzələrlə çıxış ediblər. Tibb Akademiyasının 2-ci kurs tələbəsi Aytac Əliyeva gənclər adından çıxış edərək RAGT-nin QİçS-ə qarşı mübarizə planları və bu problemlə əlaqədar təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Tədbirin sonunda məlumat xarakterli broşürlər paylanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

