Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rəsmi Bakıdan Gürcüstandakı qondarma seçkilərə ETİRAZ

Rəsmi Bakıdan Gürcüstandakı qondarma seçkilərə ETİRAZ

11.04.2022 [10:03]

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

Paylaş:
Baxılıb: 1271 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31