Faciələrimizi unutmamalıyıq!
15.04.2022 [09:53]
Həmişə hər şeyə hazır olmalıyıq
Vətən müharibəsində qazanılan qalibiyyət 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Düşmən tapdağında olan torpağımız, milli-mədəni abidələrimiz, Azərbaycanın dünənini özündə əks etdirən tarixi məbədlərimiz öz azadlığına qovuşdu. Regionda yeni siyasi reallıqlar formalaşdıran Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bu gün qalib ölkə olaraq bölgədəki siyasi proseslər məhz Azərbaycanın iradəsi əsasında inkişaf edir. Hər zaman dayanıqlı sülhün tərəfdarı kimi çıxış edən ölkəmiz bu gün qalib ölkə olmasına baxmayaraq, bölgədə əməkdaşlığın, normal münasibətlərin formalaşdırılmasını istəyir.
Bununla belə, Azərbaycan xalqı özünün dünənini unutmamalı, keçmişi yaddan çıxarmamalı, başımıza gətirilən bəlalardan nəticə çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bəzən tarixi həqiqətləri, keçmişi unutmağımız başımıza gətirilən bəlaların əsas səbəbkarına çevrilir.
Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübün yekunlarına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz heç vaxt bu işğalı, erməni vəhşiliyini unutmamalıyıq: “Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq”.
200 ildən çoxdur ki, Azərbaycan xalqına qarşı terror, vandalizm və işğal siyasəti həyata keçirən ermənilər tarixin fərqli dönəmlərində torpaqlarımıza sahiblənməyə cəhd göstəriblər və bəzən də buna nail olublar. Baş verənlərin isə bir səbəbi xain düşmənin arxasındakı güclü dəstəkçisi idisə, ikinci səbəbi xalqımızın fors-major situasiyalara hazırlıqsız olması, bəzən özünü “lider” adlandıranların xalqı dönülməz dalana aparması olub. Məsələn, yaxın keçmişimizə boylansaq, bunun faktoloji sübutlarını görə bilərik. 1990-cı ildən başlayan erməni təcavüzünün qarşısını almaq əvəzinə bəzən müti, bəzən xəyanətkar, bəzən isə səriştəsiz insanların cəmiyyətə “yol göstərməyə” çalışması xalqımızın başına min bir bəlalar gətrib. Xocalı, Ağdaban, Kəlbəcər və bu kimi onlarla faciələr erməni vəhşiliyinin, vandalizminin, terrorunun nəticələri idi. Həmin dövrün siyasi situasiyasına nəzər saldıqda qarşımızdakı mənzərə hər şeyi özü ifadə edir: hakimiyyət başında olanlar kürsünü əldən vermək istəmir, Xalq Cəbhəsi isə hansı yolla olursa-olsun hakimiyyəti qəsb etməyə niyyətlənirdilər. Dövlət institutu tam iflic vəziyyətdə və kimlərinsə əlində oyuncaq idi. Nəticədə isə, xalqın başına min bir faciə gətirilirdi. Və elə bir zaman yetişdi ki, xalqımız bütün bunlardan cana doyaraq özünün milli müdafiə instiktini formalaşdırdı - xilaskarına, Ulu Öndər Heydər Əliyevə üz tutdu.
Artıq o dönəmlər arxada qalıb. Siyasi cəhətdən təkmil, güclü, beynəlxalq nüfuzu gündən-günə artan, qüdrətli Azərbaycan dövləti özünü, xalqını, torpaqlarını qorumaq, maraqları çərçivəsində addımlar atmaq iqtidarındadır. Bu gün regionun ən aparıcı ölkəsinə çevrilən, qalib dövlət statusu almış Azərbaycan qazandığı nailiyyətlərin eyforiyasına qapılmır. Vətəndaş-dövlət tandemi bütün situasiyalara hazırlıqlı vəziyyətdədir. Hətta sülhün əldə olunacağı, regionda yeni siyasi münasibətlərin formalaşacağı halda belə xalqımız, vətəndaşımız öz keçmişini unutmayacaq, bu günün inkişafı fonunda sabit gələcəyinin təminatını qoruyacaq. Bu, bizim vətəndaşlıq borcumuzdur!!!
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

