Erməni lobbiçiliyində ziddiyyətlər: Stiven Kandaryandan Sevinc Osmanqızını kədərləndirən qərar
16.04.2022 [09:45]
Srağagün Sevinc Osmanqızı xaricdən yayımladığı “youtube” kanalında özü dediyi kimi “xüsusi əhəmiyyəti” olan çağırışlar səsləndirib. Bu çağırışın məzmunu adi görünsə də, təlaş və həyəcanla müşayiət olunduğu nəzərdən qaçmadı.
Bəs bu təlaşın səbəbi, liberal dövlətdə məskunlaşıb, “demokratiyanın dadını çıxaran”, qəlbində anti-Azərbaycan ovqatı yaşadan bu aparıcını özündən çıxaran nədir?
Araşdırmalardan məlum olur ki, S.Osmanqızının Amerikadakı lüks şəraiti və “TV”si təhlükədədir.
Bu təhlükə isə birbaşa maliyyə yardımı aldığı mənbədən qaynaqlanır.
Kimdir Sevinc Osmanqızını kədərləndirən?
Son vaxtlar Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması ilə əlaqədar hazırlıq işlərinə start verildiyindən Ermənistan cəmiyyətində, eləcə də xarici ölkələrdəki erməni lobbilərində ikitirəlik və ziddiyyətlər yaranıb.
Bu fikir ayrılıqlarının erməni lobbi üzvləri arasında az qala düşmənçilik toxumu səpdiyini də təsdiq edən səbərlər var.
Məsələn, Fransadakı erməni lobbisi ilə ABŞ-dakı lobbi üzvləri arasında dərin fikir müxtəlifliyi yaşandığı barədə xarici KİV-lərdə yetərincə informasiya var.
Xaosun iştirakçılarından biri də ABŞ-dakı erməni lobbisinin “boz kardinal”ı, erməni maraqlarına xidmət edən beynəlxalq fondların bir neçəsini maliyyələşdirən Stiven Kandaryandır.
Məlumatlı mənbə sığorta və maliyyə menecmenti sahəsində dünyanın ən böyük transmilli korporasiyalarından biri olan MetLife-a rəhbərlik edən erməni milyarder Stiven Kandaryanın S.Osmanqızının Amerika “fəaliyyətində” “müstəsna” rol oynadığını bildirir.
Sərvəti 29 milyard dollarla qiymətləndirilən, dünyanın ən zəngin ermənisi Amerika hakimiyyətinin yüksək dairələrindəki nüfuzundan istifadə edərək biznesinin inkişafını təmin etməklə yanaşı, həm də ABŞ-da fəaliyyət göstərən erməni lobbi qruplarına sponsorluq edir.
Adının erməni lobbisi ilə hallandırılmasını istəməyən Kandaryan haqqında mətbuatda məlumat çox azdır.
Hətta deyilənə görə o, mediada adının hallandırılmasına qadağa qoyub. Bununla da Kandaryan erməni ideyasına xidmət edən fəaliyyətini bir növ gizli saxladığına əmindir.
Amma son günlər erməni lobbiçiliyi daxilində baş verənlər Kandaryanın hansı sahəyə daha çox maliyyə yatırması ilə bağlı məsələləri üzə çıxarıb.
Mənbənin iddiasına görə, Ermənistan sülh sazişi ilə bağlı ortaya müəyyən rəsmi mövqe qoyduqdan sonra erməni lobbiləri arasında yaranmış ziddiyyətlər fonunda Kandaryan pullarının əbəs yerə xərcləndiyinin fərqinə varıb və o, S.Osmanqızına qeyri-leqal şəkildə ayırdığı maliyyə vəsaitini qayandırmağa qərar verib.
Sevinc Osmanqızının xüsusi əhəmiyyətli çağırışındakı həyəcan da məhz bununla - Kandaryanın son qərarıyla bağlıdır.
Xəbər lenti
Hamısına baxSosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49

