40-dan artıq ölkə birləşir...
29.04.2022 [10:37]
Moskvaya qarşı yeni koalisiya
P.İsmayılov
NATO və tərəfdaşlarından ibarət anti-Rusiya koalisiyası Kreml ətrafındakı çəmbəri daraldır. İndiyə qədər iqtisadi sanksiyalar vasitəsilə Moskvanı iddialarından geri çəkilməyə məcbur etməyə çalışan Qərb təsir imkanlarını daha da genişləndirmək fikrindədir. Belə ki, artıq Rusiyaya qarşı hərbi ittifaqın genişləndirilməsinə start verilib. Xarici KİV-in yaydığı məlumata görə, Almaniyadakı “Ramştayn” hərbi aviabazasında NATO üzvləri və Rusiyaya qarşı olan digər ölkələrin müdafiə nazirlərinin, hərbi rəhbərliklərinin qapalı toplantısı keçirilib. Toplantıda çıxış edən ABŞ ordusunun generalı Mark Millinin fikrincə, qarşıdakı həftələr Ukraynanın Rusiyaya qarşı dirənişi baxımından həlledici olacaq və buna görə də Qərb dövlətləri bütün potensiallarından istifadə edərək, Ukraynaya kömək etməlidirlər: “Zaman Ukraynanın tərəfində deyil. Qarşıda kritik həftələr var. Bu döyüşün nəticəsi bu gün buradakı, bu toplantıdakı adamların qərarlarından asılıdır”.
Məlumata əsasən, qapalı toplantıda iştirak edən ABŞ təmsilçilərinin bildirdiyinə görə, Rusiyanın öz artilleriya və digər silah üstünlüyündən istifadə edərək, Ukrayna Silahlı Qüvvələrinin özəyini məhv etmək məqsədi var. Lakin bununla yanaşı, amerikalı generallar hesab edirlər ki, rus bölmələrinin tükənməsi və bəzi hissələrin şəxsi heyətinin 30 faizə yaxınının məhv edilməsi səbəbindən Rusiyanın öz istəyinə nail olacağı inandırıcı görünmür. Onların fikrincə, Rusiya iqtisadiyyatı və hərbi potensialı hələ ki, əməliyyatları davam etdirməyə imkan versə də, ordunun məruz qaldığı ağır itkilər ciddi uğur qazanmağa imkan yaratmır. Bununla yanaşı, Ukrayna tərəfinin öz ərazisində savaşması və ərazini yaxşı tanıması, eləcə də Qərbin silah və kəşfiyyat məlumatları ilə təminatı situasiyanı dəyişdirir. Nəzərə alsaq ki, son dövrlərdə artıq Rusiya ərazilərindəki bəzi strateji obyektlər Ukrayna tərəfindən zərbələrə məruz qoyulur, demək ki, anti-Rusiya koalisiyası yeni mərhələdə Moskvaya qarşı demarşa hazırlaşır.
Bu görüşün ən mühüm məqamlarından biri ABŞ Müdafiə Nazirliyi tərəfindən Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın koordinasiyasını həyata keçirəcək xüsusi idarəetmə mərkəzinin yaradılmasıdır. Mərkəzdə ABŞ-la yanaşı, 15 ölkənin yüksək rütbəli hərbçiləri fəaliyyət göstərir. Həmin mərkəz Ukraynaya hərbi yardım göstərən və “Ramştayn”a toplanan 40-dan çox ölkədən ibarət şəbəkəni idarə edəcək. Bu ölkələrin arasında Asiya qitəsindən olanlar da var. Bundan başqa, yaranan koalisiya İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı yaradılan beynəlxalq koalisiyadan sonra ikinci birlikdir. Həmin vaxt anti-Hitler birliyində 53 ölkə təmsil olunurdusa, Rusiyaya qarşı yaranan koalisiyada birləşənlərin sayı artıq 40-ı ötüb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, “Ramştayn”da keçirilən bu görüş Ukraynanın müdafiəsi üçün Qərbin gücünü səfərbər edəcək: “Son dövrlərdə Rusiyanın bəzi rəsmi şəxsləri tərəfindən səsləndirilən nüvə təhlükəsi məsələsi də diqqətə alınası məqamlardandır. Kreml artıq neçənci dəfədir ki, nüvə silahından istifadə ilə bağlı mesaj verir. Təbii ki, digər dövlətlər oturub bu mənzərəni seyr etmək fikrində deyillər. Münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində də addımlar atılır. BMT baş katibi Quterreşin prezident Putinlə keçirdiyi görüş buna misaldır. Əslində, bu toplantı Moskva üçün xəbərdarlıq mesajı idi”.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

