AŞPA-nın ölkəmizlə bağlı “qətnamə”si...
06.05.2022 [10:21]
Kamal Cəfərov: AŞPA-da Azərbaycana qarşı heç bir qətnamə qəbul edilməyib
“Emin Hüseynov bu fəaliyyəti Milli Demokratiya İnstitutunun (NDİ) layihəsi əsasında həyata keçirir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup deputatının “Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı” “qətnamə” hazırlaması ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, “qətnamə”də bir neçə siyasi fəala qarşı hücumlar pislənib. LGBT fəalı Əvəz Şıxməmmədovun öz evində qətlə yetirilməsinə görə Azərbaycanın hüquq-mühafizə orqanları qınanıb. Bəxtiyar Hacıyevin təqib edilməsi, döyülməsi də sənəddə öz əksini tapıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı heç bir qətnamə qəbul edilməyib. Yayılan xəbərlər yalandır. Millət vəkilinin sözlərinə görə, müzakirə edilən məsələ ilə bağlı, sadəcə bir layihə təşəbbüsü var: “Müxtəlif ölkələr və məsələlərlə bağlı bu cür layihələr çox olur. İlkin olaraq, AŞPA-nın Prezidentlər Komitəsi bu məsələyə baxmalıdır. Əgər Prezidentlər Komitəsi razılıq versə, ondan sonra AŞPA-nın Bürosu bu layihəyə baxmalıdır. Daha sonra AŞPA-nın Bürosu qərar verə bilər ki, bu məsələ ilə bağlı hesabat hazırlansın və ya sadəcə aidiyyəti komitələr məlumatlandırılsın və ya ümumiyyətlə baxılmasın. Yəni bu məsələnin AŞPA-nın müzakirəsinə çıxarılması üçün qarşıda çoxlu prosedur və vaxt tələbi var”.
K.Cəfərov onu da qeyd edib ki, bu təşəbbüs xaricdə yaşayan və anti-Azərbaycan fəaliyyəti ilə “məşhur olan” Emin Hüseynovun Azərbaycana qarşı növbəti təxribatıdır. “Həmin şəxs bundan əvvəl AŞPA-da Müzəffər Azərbaycan Ordusunu gözdən salmağa cəhd etdi, ancaq alınmadı. AŞPA-nın Hüquq Komitəsi qərar verdi ki, saxlanma məntəqələrində işgəncə iddiaları təkcə Azərbaycana münasibətdə baxıla bilməz. Ona görə də AŞPA-nın Hüquq Komitəsi bu məsələnin potensial olaraq hər bir dövlətin problemi olduğunu qeyd edərək, işgəncə iddialarının Avropa Şurasına üzv olan bütün dövlətlərə münasibətdə baxılmasına qərar verib. AŞPA-nın Bürosu da bu yanaşmanı təsdiqlədi” - deyən millət vəkilinin fikrincə, Emin Hüseynov bu fəaliyyəti Milli Demokratiya İnstitutunun (NDİ) layihəsi əsasında həyata keçirir. Yəni, Emin Hüseynov bu fəaliyyəti “işi” olduğu üçün edir: “İndi isə bu “işi” jurnalistlər və blogerlərlə bağlı edir. Emin Hüseynov özü də yaxşı bilir ki, AŞPA-da ölkələrlə bağlı bu cür individual təşəbbüslərə nadir hallarda baxılır. Əksinə, təşəbbüs nə qədər spesifikdirsə, həmin layihənin müzakirəyə çıxarılma ehtimalı o qədər azdır. Bu təşəbbüsün də Plenar iclasda müzakirəsinə gəlib çıxmasına çox az ehtimal var. Həmin qətnamə layihəsinin mətninə baxdıqda görünür ki, Emin Hüseynovun əsl məqsədi kimisə müdafiə etmək deyil. Misal üçün Bəxtiyar Hacıyevlə bağlı hissədə öz aləmində şəxsi kontekstdə keçmiş intriqaların heyfini çıxmağa cəhd göstərir. Emin “ağıllı” oğlandır, əminəm ki, mətndə başqa sözlərdən istifadə edə bilərdi. Digər tərəfdən, isə qətnamə layihəsi ilə bağlı müvafiq prosedurların başlanması üçün 5 ölkədən 20 imza kifayət edir. Ancaq o, 38 imza yığıb. Səbəbini araşdırdım, ola bilər ki, layihənin formatı daha çox kəmiyyətə indekslənib. Ona görə də Emin Hüseynov üçün nə Azərbaycan, nə də hüquq müdafiəsi maraqlıdır. Onun marağı bəllidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

