Türkiyənin haqlı mövqeyi...
17.05.2022 [10:10]
İsveç və Finlandiya terrorçuları dəstəkləməyə son qoymalıdır
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün rəsmi qərar qəbul edib. Təşkilatın növbəti toplantılarında hər iki ölkənin üzvlüklə bağlı müraciətlərinə baxıla bilər. Alyansa üzv olan dövlətlərin əksəriyyəti bu məsələyə müsbət yanaşsalar da, Türkiyə həmin ölkələrin indiki halda NATO-ya üzv olmasını istəmir. Buna səbəb isə İsveç və Finlandiyanın YPG/PKK terror təşkilatına dəstək verməsidir.
Nardar BAYRAMLI
Türkiyənin etirazı fonunda bu ölkələrin NATO-ya üzv qəbul edilməsi mümkündürmü? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Qərb-Rusiya mübarizəsi nəticəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi uzun müddətdir bitərəf mövqedə dayanan və silahlanmadan uzaq olan Finlandiya və İsveçin də Şimali Atlantika Alyansına üzv ola biləcəyi məsələsini gündəmə gətirib: “Əlbəttə ki, Qərb, başlıca olaraq ABŞ Rusiyanın ətraf ölkələrinin alyansa üzv olmasında maraqlıdır. Ukrayna və Gürcüstandan fərqli olaraq Finlandiya və İsveçin NATO-ya qəbulu texniki xarakter daşıyacaq. Çünki Finlandiya və İsveç Avropa Birliyinin üzvüdür. NATO isə əsasən Avropa Birliyinin üzvlərindən ibarətdir. Digər tərəfdən, NATO-ya üzvlük üçün tələb olunan şərtlər Finlandiya və İsveçdə çoxdan mövcuddur. Amma Türkiyənin etirazı bu ölkələrin alyansa qoşulmasına imkan vermir. Əslində, Türkiyə öz mövqeyində tamamilə haqlıdır. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsi Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. Çünki Skandinaviya ölkələrində terrorçuları parlamentə buraxmaq kimi “qonaqpərvərlik” vərdişi var. Bundan əvvəl Yunanıstanla bağlı səhv etdiklərini deyən Ərdoğan ikinci səhvə yol vermək istəmədiklərini söyləyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə mayın 14-də NATO Xarici İşlər Nazirlərinin Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsinin lazım olduğunu bildirib. O deyib ki, İsveç və Finlandiya açıq şəkildə terrorçulara dəstək verir. M.Çavuşoğlu həmin gün isveçli həmkarı Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə hər iki ölkənin NATO-ya üzvlük müraciətləri ilə bağlı üçtərəfli görüş keçirib. Bununla belə, Finlandiya və İsveçin Rusiyanın Ukraynadakı müharibəsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq istəmələri alyansın rəhbərliyi tərəfindən müsbət qarşılanır. Baş katib Yens Stoltenberq qeyd edib ki, NATO Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək. Rusiya isə bəyan edib ki, NATO-nun daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək. Belə bir məqamda Türkiyə etiraz etsə, Finlandiya və İsveç NATO-ya üzv ola bilməyəcək. Çünki NATO-ya yeni üzvlərin daxil olması üçün bu hərbi ittifaqın bütün üzvlərinin razılığı lazımdır. Bu səbəbdən də, NATO Baş katibinin müavini Mirça Geoana Türkiyənin Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı narahatlığını ifadə etdiyini və kompromis üçün şəraitin yaradılacağına inandığını bildirib. NATO rəsmisi konsensus əldə edilməsinin vacibliyini də dilə gətirib”.
Politoloq qeyd edib ki, NATO-ya üzv olmaq istəyirlərsə, həmin ölkələr Türkiyənin rəyini nəzərə almalıdırlar: “Terrorizm bütün dünya üçün təhlükədir. Ona görə də, bu məsələdə fərqli yanaşma olmamalıdır. YPG/PKK-nin nə qədər böyük cinayətlər törətdiyi məlumdur. Əgər bu terror təşkilatı Türkiyəyə qarşı deyil, hansısa Avropa ölkələrində də cinayətlər törətsəydi, buna Avropanın münasibəti necə olardı? Terrorçuluq bütün hallarda böyük cinayətdir. Ona görə də, İsveç və Finlandiyanın terror təşkilatlarına dəstəyi qəbuledilməzdir. Artıq belə məlumatlar var ki, İsveç hökuməti NATO-ya daxil olmaqla bağlı mövcud anlaşılmazlıqları aradan qaldırmaq üçün Türkiyəyə nümayəndələr göndərəcək. Təbii ki, müzakirələrdə Türkiyə tərəfi hər iki ölkəyə öz haqlı mövqeyini bir daha çatdıracaq. Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, amma terroru dəstəkləyən ölkələrin alyansa qoşulmasına qarşıdır. Bu səbəbdən də, İsveç və Finlandiya terrorçuları dəstəkləməyə son qoymalıdır”.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

