Növbəti “11 sentyabr” planı
26.05.2022 [10:14]
Kreml bu tarixdə sürpriz referendum keçirə bilər
Pərviz SADAYOĞLU
Hələ fevral ayında Rusiya ilə Ukrayna arasında müharibə anonsları açıq dillə ifadə olunanda bəzi siyasi mütəxəssislər problemin gələcək inkişafı ilə bağlı fərqli proqnozlar səsləndirirdilər. Bu münaqişənin qlobal müstəviyə transferini istisna etməyən siyasətçilər bildirirdilər ki, proses daha ciddi məcraya daxil ola bilər. Başqa sözlə, Rusiya ilə Ukrayna arasındakı “torpaq davası” qlobal dünya savaşına gətirib çıxarma ehtimalını yaradırdı. Müharibənin 3-cü ayında isə artıq bəzi konturlar aydınlığa qovuşur. Bu münaqişənin heç də iki tərəf arasında, yəni başladığı kimi bitməyəcəyi indidən bəllidir. Bütövlükdə, Avropa, Mərkəzi Asiya, Uzaq Şərq, hətta Yaxın Orta Şərqi belə “maraqlandıran” bu müharibənin miqyası getdikcə böyüyə bilər. Məsələn, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb. O, bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb. Amerikalı general bildirib ki, ölkəsi indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzədir. “Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib. Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur: “Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır”.
Bu arada Rusiya daxilində də vəziyyət gərginləşir. Fevral ayında Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk “Xalq Respublikaları”nın tanınması barədə fərmanına imza atan siyasətçilər artıq narazılıqlarını dilə gətirirlər. Rusiyanın populyar “Meduza” nəşri özünün Kremldəki mənbələrinə istinadla yazır ki, Ukraynada üç aydır davam edən müharibədə Putin həm “müharibə partiyası”nı, həm də sülh istəyənləri özünə qarşı qaldırıb. Nəşrin məlumatına görə, müharibənin gedişində Rusiya elitasının mövqeyi və əhval-ruhiyyəsi bir neçə dəfə dəyişib. Belə ki, elitada əvvəlcə çaşqınlıq, sonra isə “patriotizmin yüksəlişi” müşahidə olunub. İndiki halda reallıq dəyişir. Yəqin ki, son sanksiyalar artıq “kasanın daşmasına” səbəb olmaqdadır.
Rusiyanın “yumşaq güc” vasitəsilə məğlubiyyətə uğratmaq planlarının müharibə ilə paralel olaraq ötən üç ayda davam etdirilməsi gizli deyil. Kremlə qarşı olan qüvvələr bu planlarını hər zaman növbəti mərhələ kimi görürlər. Böyük ehtimalla Rusiyanın daxilində oynanacaq “demokratiya sərgüzəştləri” prosesinə də yaxın zamanda start veriləcək. Kiçicik bir xatırlatma edək ki, bir neçə ay öncə Rusiya prezidenti yerli ərazi vahidlərinin rəhbərləri ilə görüşündə də ölkəsinin çoxmillətli olduğunu vurğulamışdı və bəzi “xalqların” daha çoxhüquqlu muxtariyyət istəyi ilə bağlı sualları cavablandırmışdı. Hətta Kreml rəhbəri öz açıqlamasını xəbərdarlıq tonunda ifadə etmişdi. Hazırda başlayan narazılıqlar isə Rusiya hakimiyyətinin içindəki “missionerlərin” öz vəzifələrini başlamasını göstərən amillərdəndir.
Təbii ki, bunu görən və hiss edən Kremlin də mövcud durum üçün anti-tezisləri mövcuddur. Məsələn, “Meduza”nın mənbəyi xəbər verir ki, Kremldə qondarma “dnr” və “lnr”-in, eləcə də müharibənin ilk günlərində işğal olunmuş Ukraynanın Xerson vilayətinin Rusiyaya birləşdirilməsinə dair “referendum” keçirilməsi ideyasından vaz keçməyiblər. “Referendum”un keçiriləcəyi tarix isə özündən daha maraqlıdır - 11 sentyabr. Başqa sözlə, ölkə daxilində əhval-ruhiyyəni yenidən başlama nöqtəsinə qaytarmağa çalışan Rusiya rəqibi olan ABŞ-a da mesaj vermiş olur. Bəs dünya yeni bir “11 sentyabr” yaşamağa hazırdırmı? Bu sualın cavabı prosesin gedişinin tam mahiyyətini açacaq...
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

