İran Yunanıstana nota verdi
27.05.2022 [10:16]
Rəsmi Tehran Afinanın hərəkətini beynəlxalq piratçılıq kimi dəyərləndirir
PƏRVİZ
Yunanıstan sularında İran İslam Respublikası bayrağı altında yük gəmisinin ələ keçirilməsi növbəti dövlətlərarası qalmaqala səbəb olub. APA-nın Tehran bürosunun məlumatına görə, Yunanıstanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. Etiraz notasında İran İslam Respublikasının bayrağı altında üzən gəminin ələ keçirilməsinin beynəlxalq piratçılıq olduğu bildirilib. Bildirilib ki, bu məsuliyyət Yunanıstan hökumətinin üzərinə düşür: “İran İslam Respublikası üzərinə düşən hüquqi prosedurları yerinə yetirir və Yunanıstan hökumətindən beynəlxalq öhdəliklərə əməl edilməsini gözləyir”.
İranın Limanlar və Dənizçilik Təşkilatı da Yunanıstanın İran bayrağını daşıyan gəmini saxlamaq və onun yükünü ələ keçirmək barədə hərəkətinə münasibət bildirib. Təşkilat bu addımın dəniz quldurluğu olduğunu bildirib. Bildirilib ki, şəxsi heyətin və gəminin təhlükəsizliyini qorumaq üçün nəqliyyat vasitəsi Yunanıstan sahillərinə sığınıb. Bəyanatda Yunanıstan hökuməti dərhal beynəlxalq öhdəliklərə əməl edilməyə çağırılıb. Təşkilat İran İslam Respublikası bayrağı altında gəminin Yunanıstan hökuməti tərəfindən sahillərində dayandırıldığını və yükünün məhkəmə qərarı və ABŞ hökumətinin koordinasiyası ilə ələ keçirildiyini bildirib: “Gəmi və özünün təhlükəsizliyini qorumaq üçün sahilə çıxıb. Yunanıstan hökuməti təəssüf ki, gəmiyə heç bir yardım etməyib. Hərbçilər yükləri təxliyə edib ki, bu da piratçılığın bariz nümunəsidir”.
Bəyanatda gəminin əlverişsiz hava şəraiti ilə üzləşdiyi bildirilib. “Beynəlxalq və texniki qaydalara və standartlara görə, təhlükəsiz vəziyyətdə olan, köməyə ehtiyacı olan gəmilər sahilə yaxın olan ölkə tərəfindən təhlükəsiz limana köçürülməli, ardınca təmir işləri aparılmalı və təhlükə aradan qaldırıldıqdan sonra yoluna davam etdirilməlidir. İran Limanlar Təşkilatı dünən gecədən etibarən məhkəmənin hökmü olduğununu iddia edərək gəminin yükünün müsadirə edildiyini, amerikalıların gəminin yükünü boşaltdığını qeyd edərək, Yunanıstan hökumətini bu hərəkətinə son qoymağa çağırıb”,- deyə bəyanatda vurğulanıb.
Məsələ ilə bağlı fikirlərini qəzetimizə bölüşən politoloq İlqar Vəlizadə son dövrlərdə baş verən hadisələrlə bağlı qlobal gərginliyin artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, İran ilə Qərb arasındakı münasibətlərdə müşahidə olunmaqdadır. Təbii ki, burada nüvə razılaşmaları məsələsi də yer tutur: “Nüvə məsələsi ilə bağlı ikinci razılaşma da demək olar ki, pozulmaq üzrədir. Rəsmi Tehran Qərbin irəli sürdüyü şərtlərlə razılaşmır. Bu da öz növbəsində, Qərbin bu kimi addımları ilə müşayət olunur. Qarşıdakı müddətdə sanksiyalarla bağlı hansısa addımın atılması pronozlaşdırıla bilər. Qərb hazırda özü üçün təhlükə gördüyü məsələləri özünəməxsus şəkildə “həll etmək” niyyətindədir. Dövlət Departamentinin rəsmiləri də bəzi sərtləşmələrdən danışırlar. Proseslərin inkişafını izləmək lazımdır”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

