Svetlana Orlova: Azərbaycanda seçki prosesinin səviyyəsi çox yüksəlib
08.11.2010 [09:44]
Məlumat verilib ki, 30 nəfərdən ibarət müşahidə missiyası artıq Bakı və regionlarda 50-dək seçki məntəqəsində olub. Günün sonunadək müşahidə aparılan məntəqələrin sayı 100-ə çatmalıdır.
S.Orlova AŞPA-nın Azərbaycanda keçirilən parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Vil ilə görüşdüyünü də söyləyib. Tərəflər seçkilərin monitorinqi mexanizmi sahəsində təcrübə mübadiləsi aparmağı qərara alıblar. MDB müşahidəçiləri bütün müşahidəçilər üçün seçki prosesinin monitorinqinin vahid prinsiplərinin hazırlanması haqqında məsələ qaldıracaqlar. “Biz, həmçinin hesab edirik ki, barmaqların nişanlanması prosedurunu da ləğv etmək lazımdır”.
Azərbaycanda artıq bir neçə seçki prosesini müşahidə etdiyini söyləyən S.Orlova əvvəlki illərlə müqayisədə həm texniki, həm də maarifləndirmə baxımından əsaslı irəliləyişin olduğunu vurğulayıb. “Müşahidə apardığımız seçki dairələrinin hər birində seçki prosesini izləyənlər arasında bütün partiyaların təmsilçiləri var idi”.
S.Orlova builki seçkilərdə qadınların fəal iştirakını, müşahidəçilər arasında qadınların çoxluğunu yüksək qiymətləndirib. “Hesab edirəm ki, bu məqam çox vacibdir. Məntəqələrdə xüsusilə gənclər və qadınların fəallığını müşahidə etdik. Bu, çox müsbət amildir. Azərbaycanda qadınların fəallığını mən ikinci dəfədir ki, müşahidə edirəm. ötənilki referendumda və indi keçirilən parlament seçkilərində qadınlar çox fəaldırlar. Bundan əlavə “exit-poll”arda da gənclərin çox olması bizi sevindirir”.
S.Orlova ümumiyyətlə bu seçkilərin əvvəlkilərdən daha yüksək səviyyədə keçirilməsinə xüsusi toxunub. Bu, Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasının çox yaxşı nümunəsidir.
Bildirib ki, bəzən Avropa ölkələrindən olan müşahidəçilər MDB ölkələrinə qarşı qərəzli mövqe tuturlar. Lakin, bu gün Azərbaycandakı seçkiləri mindən artıq müşahidəçinin izləməsi, seçkilərin şəffaf keçirilməsi və həddindən çox gəncin iştirakı müsbət haldır.
S.Orlova Azərbaycandakı seçkilərə çox böyük həssaslıqla yanaşdıqlarını söyləyərək, seçkilərin yüksək səviyyədə keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov seçkilərin sakit və demokratik şəraitdə keçdiyini vurğulayıb. “Bu gün seçkilərin qiymətləndirilməsi məsələsinə ədalətli mövqedən yanaşsaq görərik ki, MDB ölkələri, o cümlədən, Azərbaycan demokratik seçkilərin keçirilməsi ilə bağlı bütün tələblərə cavab verir. Hər halda Qazaxıstan, Ukrayna, Qırğızıstan və Tacikistandan olan müşahidəçilərimizin heç biri mənfi hallara rast gəlməyiblər”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

