Macarıstan Aİ-nin hədəfində
04.06.2022 [11:03]
AP rəsmisi Budapeştə qarşı sərt sanksiyaların tətbiqini tələb edir
Rusiyaya qarşı hazırlanan, qəbulu gecikən 6-cı sanksiya paketi bu dəfə Macarıstanı “çətinə salıb”. Sanksiya paketinə etiraz edən rəsmi Budapeşt Avropa İttifaqının “qəzəbinə gələ bilər”. Belə ki, Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb. Onun sözlərinə görə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edir. Katarina Barli xatırladıb ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Macarıstana görə bir neçə həftə gec qəbul edilib. Avropa Parlamentinin sədr müavini bildirib ki, qanunun aliliyini pozduğuna görə ölkənin səsvermə hüququ dayandırıla bilər: “Xüsusən də Macarıstanda artıq demokratik və hüquqi münasibətlərdən danışmaq olmaz”.
Ümumiyyətlə, Aİ özünün üzv ölkələrinə qarşı hansısa bir sanksiyanı tətbiq edə bilərmi və bunun mexanizmləri necə tənzimlənir? Digər tərəfdən, Macarıstanın bu kimi diskriminasiyaya məruz qalması nədən xəbər verir?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Aİ-nin sanksiyalara qoşulmayan üzv ölkəsinə sanksiya tətbiq etmək mexanizmi mövcud deyil. Onun sözlərinə görə, bu səbəb ilə bağlı hər hansı cəzalandırma belə nəzərdə tutula bilməz: “Bu, Avropa İttifaqının daxili nizamnaməsində öz əksini tapmayıb. Bu, o halda baş verə bilərdi ki, sanksiyalara qoşulmuş ölkənin şirkətləri həmin qadağaları pozsun. İndiki situasiyada isə bunu müşahidə etmirik. Macarıstan sanksiyalara qoşulmayıb. Sanksiyalara qoşulmamış ölkəyə sanksiya tətbiqi çağırışı etmək qurum rəsmisinin Avropa İttifaqının daxili qanunlarından xəbərsiz olmasından irəli gəlir”.
Politoloqun fikrincə, Aİ konfederativ fəlsəfəyə malik olan birlikdir. Bu mənada, Macarıstanın mövqeyinə qarşı bu kimi təzyiq etmək doğru hal deyil. Macarıstan sanksiya paketinin müzakirəsi üçün daxili qanunvericilikdə nəzərdə tutulan gözləmə hüququndan istifadə edir. Ona qarşı hər hansı bir sanksiya çağırışı etmək isə doğru və qanuni deyil. “Macarıstana qarşı bu təzyiqin əsl səbəbi isə Türkiyə və Rusiya ilə yaxınlığıdır. Bu iki dövləti sevməyənlər daima bu arqumentə söykənərək Macarıstanı təzyiq altında saxlamağa çalışırlar. Rusiya böyük iqtisadi imkanlara və resurslara malik bir ölkədir və Budapeştlə Moskva arasında genişmiqyaslı ikitərəfi əlaqələr mövcuddur. Bu, geostrateji və coğrafi mövqe baxımından, o cümlədən milli maraqlar çərçivəsindən Macarıstan üçün sərfəlidir. Eyni zamanda Budapeşt müstəqil və balanslı xarici siyasət yürüdür. Bu ikitərəfli münasibət Macarıstanın daxili sosial vəziyyətinin sabitliyinə də təsir göstərir,” - deyən Y.Hacıyeva onu da diqqətə çatdırıb ki, Macarıstana qarşı sanksiya tətbiq etmək istəyən Avropa Komissiyası bəzi ölkələrə Rusiyadan enerji daşıyıcıları almaq üçün rus rublu ilə mübadiləyə icazə verib. Bunu isə mümkün sosial partlayış versiyaları ilə əlaqələndirirlər: “Belə ölkələrdən biri Almaniyadır. Artıq bir neçə həftədir ki, Almaniya enerji daşıyıcılarının əvəzini Rusiyanın şərtlərinə əsasən ödəyir. Aİ Almaniya və digər böyük ölkələr üçün verdiyi icazəni Macarıstana tanımır. Düzdür, qurum rəsmiləri bu eksklüziv icazəni rəsmi Berlinin Aİ üçün vacibliyi ilə əlaqələndirirlər. Yəni, Almaniyanın Aİ-dən çıxması qurumun dağılmasına yol aça bilər. Amma Macarıstan kimi ölkələrin Aİ-dən çıxması böyük fəsadlara yol açmaz. Hətta bəzi məqamlarda Macarıstanı İttifaqdan çıxmağa təhrik belə etmək istəyirlər. Məsələn, Macarıstanın hazırki etirazı Aİ rəsmiləri üçün göydəndüşmə fürsətə çevrilə bilər”.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

