Lavrovun “səhvi” düzəldildi
11.06.2022 [11:24]
Rusiya XİN İrəvan brifinqinin stenoqramını dəyişdi
“Rusiya sülhməramlıları müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdiriliblər. Onların gələcək fəaliyyəti heç bir vəchlə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı deyil”
Sadiq İSMAYILZADƏ
Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərinə düzəliş edib. Belə ki, axşam saatlarında Rusiya XİN-nin saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramı yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib. Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi “Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri “Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”. Artıq vəziyyətin de-eskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək” kimi dəyişdirilib.
Lavrovun açıqlaması ilə bağlı şərhində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, ölkənin əsas rəsmi şəxslərinin press-relizlərinin dəyişdirilməsi beynəlxalq praktikada çox nadir hallarda baş verən hadisədir və bunun üçün əsaslı səbəblər olmalıdır. Onun fikrincə, Lavrovun Ermənistan səfəri başdan bəri qalmaqalla müşayiət olunub: “Lavrovun Ermənistana səfəri çərçivəsində anti-Rusiya mitinqlərinin də sayı geniş vüsət aldı, hətta Lavrovun əleyhinə şüarlar səsləndirildi. Onun brifinqdəki fikirlərinə gəldikdə isə, Rusiya sülhməramlı kontingentinin nəzarəti olan zona Fərrux kimi insidentlərin qarşısını almaq məsələsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə eyniləşdirilə və vahid kontekstdən təqdim edilə bilməz. Rusiya sülhməramlıları müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdiriliblər. Onların gələcək fəaliyyəti heç bir vəchlə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı deyil. Bunlar fərqli problemlər, fərqli məsələlərdir. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası istiqamətində Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə bir sıra görüşlər keçirilib və mühüm razılaşmalar əldə olunub. Azərbaycan-Ermənistan sərhədində baş nazirlərin müavinləri görüşdükdən sonra Moskvada komissiya iclası keçirilib. İclasda müvəqqəti olaraq rusiya sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi məsələsi müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Çünki burada söhbət sərhəddən kənarda, Azərbaycanın torpağı olan Qarabağın dağlıq hissəsində yerləşən sülhməramlılardan gedir. Ona görə də delimitasiya komissiyasının fəaliyyəti iki dövlətin dövlət sərhədlərinin delimitasiya məqsədlərini güdür və ona istiqamətlənib. Məsələ ilə bağlı Azərbaycan XİN-i də dərhal bəyanat verdi. Çünki bu proseslər bir-birindən asılı deyil, bir-biri ilə bağlılıq təşkil etmir. Bu məsələlərə ayrı-ayrılıqda baxılmalıdır”.
İ.Hüseynovun fikrincə, sərhədlərin delimitasiyası məsələsində Rusiya və ya Aİ məsləhətçi qismində yardımçı ola bilər. Rusiyanın bir qədər üstünlüyü isə hərbi-topoqrafik xəritələrin bu ölkənin müdafiə nazirliyinin Baş Qərargahında olmasıdır. “Lakin bu xəritələrin həm də Ermənistan və Azərbaycan tərəfində də olması prosesi bir qədər sürətləndirir. Sərhədlərin müəyyənləşdirilməsi həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən qəbul olunmasına, dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına yol aça bilər. Sərhədlərin müəyyənləşməsi, kommunikasiya xətlərinin açılması isə Azərbaycanın marağındadır. Regional nəqliyyat arteriyalarının işə başlaması, iqtisadi nəqliyyat əlaqələri çərçivəsində ikitərəfli münasibətlərin formalaşması dövlətlər arasında sülh müqaviləsinin imzalanmasını da sürətləndirə bilər. Bu isə həm də təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət edəcək”, - deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

