Şuşa Bəyannaməsinin ilk ildönümü - Qurtuluş günü 40-a yaxın partiyanı bir araya gətirdi
17.06.2022 [10:02]
Azərbaycanın siyasi qüvvələri birləşir...
Ümummilli və dövlət əhəmiyyətli məsələlərdə
Pərviz SADAYOĞLU
Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə mədəniyyət paytaxtımızda keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans bir sıra mühüm özəllikləri ilə yadda qaldı. Konfransda Azərbaycan və Türkiyə tərəfinin rəsmi şəxsləri ilə yanaşı, hər iki ölkənin siyasi partiyalarının nümayəndələri də iştirak ediblər. Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri bu tədbirə qatılıblar.
Son illərdə ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya siyasi qüvvələr arasında münasibətlərin dialoq mühitində inkişafını təmin edib. Siyasi partiya rəhbərlərinin Şuşa konfransına dəvəti də bunun sübutudur. Tədbirdə iştirak edən bəzi siyasi təşkilat rəhbərlərinin iqtidar-müxalifət dialoqu və yeni formalaşan siyasi konfiqurasiya ilə bağlı fikirlərini öyrəndik.
Azərbaycanın Milli Məclisində ikinci çoxluğa malik Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı konfransın olduqca mühüm bir məsələyə - Türkiyə-Azərbaycan əlaqələrinin yeni mərhələdə inkişafına həsr olunduğunu deyib. Partiya sədri həm konfransı, həm də müxalifətin konfransdakı iştirakını yüksək dəyərləndirib. Artıq bir neçə ildir ki, siyasi partiyalar arasında yeni münasibətlərin formalaşdığını deyən S.Rüstəmxanlı 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı da müxalifət partiyalarının vahid platformadan çıxış etdiyini xatırladıb: “Azərbaycanın siyasi partiyaları dövlət maraqları, Vətən, Qarabağ məsələsində vahid platformadan çıxış edir. Müharibədən sonrakı müddətdə də iqtidar ilə müxalifət arasındakı dialoq davamlı hal aldı, daha da genişləndirildi. Fikrimcə, bu, Azərbaycanın siyasi tarixində, dövlətçilik tarixində mühüm yenilikdir, uğurdur. Vətəndaş həmrəyliyinin inkişaf etdirilməsi, siyasi qüvvələrin maili maraqlar naminə birgə olması olduqca önəmlidir. Şuşa konfransında Türkiyənin də siyasi qüvvələrinin nümayəndələri iştirak ediblər. Bu isə dövlətlərarası siyasi əlaqələrin inkişafına, diplomatik birliyimizə öz töhfəsini verəcək”.
“Şuşa Bəyannaməsinin imzalanmasının bir ilinin bu şəkildə qeyd edilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələdə yeni qiymətidir. Təbii ki, Azərbaycan müstəqillik qazanandan bu günə qədər Türkiyə-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub. Amma Şuşa Bəyannaməsinin özəl bir xarakteri var. Əvvəla, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məhz Şuşada bu Bəyannamənin imzalanması Türkiyə-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır”. Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə söyləyib. O deyib ki, Şuşa Bəyannaməsi strateji əməkdaşlıq müqaviləsi kimi də xarakterizə oluna bilər. Bu Bəyannamə müdafiə sənayesi istiqamətində xüsusilə özəl bir xəttə malikdir. Bəyannamənin imzalanmasının birinci ildönümünün Şuşada iqtidar və müxalifətin birgə qeyd etməsinin də özəl xüsusiyyətləri var. Bu tədbiri Yeni Azərbaycan Partiyası ilə AK Partinin birgə təşkil etməsinə baxmayaraq, həm Azərbaycandan, həm də Türkiyədən müxtəlif partiyalar konfransda iştirak edir. “Bu, həm ölkə daxilində, həm də ölkədən kənarda münasibətlər sisteminə ciddi təsir edə biləcək amildir. Uzun illər münasibətlər sistemində mövcud olan narazılıq və qarşıdurmadan sonra belə addımların, xüsusilə 2020-ci ildən sonra atılması gələcək münasibətlərə müsbət məcrada baxmağa ümid verir”, - deyə partiya sədri əlavə edib.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev də Şuşada keçirilən konfransı yüksək qiymətləndirib. Ötən ilin iyunun 15-də Şuşada imzalanan bu Bəyannamənin iki ölkə arasında çoxşaxəli əlaqələrin daha yüksək inkişafına yol açacağına inandığını deyən R.Nurullayevin sözlərinə görə, sənəd imzalanan zaman da Azərbaycan müxalifəti bunu dəstəkləmişdi: “Həmin dövrdə də siyasi partiyalar bu Bəyannaməni dəstəkləyən bəyanat yaymışdılar. Bəyannamənin imzalanmasının birinci ildönümündə isə bütün məsələləri Azərbaycanın və Türkiyənin iqtidar və müxalifət partiyaları birgə müzakirə etdilər. Beləliklə, Azərbaycan müxalifəti də bu önəmli prosesin iştirakçısına çevrildi. Bu, təbii ki, xoş hislər yaradır. Digər tərəfdən, bu məsələ olduqca vacibdir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın iqtidarı və müxalifəti birlik, həmrəylik nümayiş etdirmişdi. İndiki halda dialoqun davamlı şəkildə inkişafı isə olduqca vacibdir. Bütün dünya görür ki, Azərbaycan müxalifəti və iqtidarının münasibəti dialoq mühitində, yüksək səviyyədə davam edir və bu birliyi pozmaq olmaz. Bu, bizim dünyaya və əsasən də ermənipərəstlərə verəcəyimiz ən güclü cavablardan biridir”.
Tədbirə dəvətli olsa da, səhhəti ilə bağlı orada iştirak edə bilməyən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu konfransı Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsində, daha da genişləndirilməsində mühüm amil kimi dəyərləndirib. Onun sözlərinə görə, müstəsna tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin birinci ildönümünün Şuşada qeyd edilməsi də əhəmiyyət kəsb edir. M.Mirəlioğlu bu kimi tədbirlərin Azərbaycan və Türkiyə üçün uğurlu olacağına inandığını vurğulayıb: “İnanıram ki, belə də olacaq. Tədbirdə müxalifətin nümayəndələrinin iştirakı da əhəmiyyətlidir. Bu, beynəlxalq tədbir idi və bizim birliyimiz bütün dünyaya - dosta, düşmənə bir göstəriş idi. Bu tədbir 104 il öncə başlanan bir yolun - Qafqaz İslam ordusunun Azərbaycana köməyinin uğurlu davamıdır. Siyasi qüvvələrin dialoqunu çox doğru sayıram və bunun bir görünüş deyil, davamlı olmasını arzulayıram. O cümlədən Şuşa Bəyannaməsinin müddəalarının da həyata keçməsini arzulayırıq və inanırıq ki, belə də olacaq”.
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Şuşa Bəyannaməsini Azərbaycan və Türkiyə münasibətlərinin zirvə nöqtəsi adlandırıb. Partiya sədrinin fikrincə, bizim yaxınlığımız, birliyimiz bu Bəyannamədə müttəfiqlik səviyyəsində ifadə olunub: “Bu müttəfiqlik bütün bölgəyə sabitlik, təhlükəsizlik və əməkdaşlıq imkanları yaradır. Bəyannamənin böyük bir əhəmiyyəti var. Şuşada bu kimi tarixi bir hadisənin bir illiyinə həsr olunan tədbirdə Azərbaycanın demək olar ki, bütün siyasi spektrinin iştirakı da olduqca mühümdür. Bu, onu göstərir ki, Azərbaycanın siyasi qüvvələri ümummilli, dövlət əhəmiyyətli məsələlərdə birləşir, vahid platformadan çıxış edir. Ümidvaram ki, Azərbaycanın siyasi qüvvələri Vətən uğrunda hər bir məsələdə dəmir yumruq kimi birləşərək dövlət maraqlarını qoruya biləcək”.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

