Lavrov Bakıya gəlir
18.06.2022 [10:29]
XİN rəhbəri vasitəçiliyin effektivliyini artıra biləcəkmi?
P.İSMAYILOV
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun iyunun 23-24-də Bakıya səfəri planlaşdırılır. Kremlin əsas simalarından biri olan Lavrovun bu səfəri bir sıra siyasi mütəxəssislər tərəfindən birmənalı qiymətləndirilmir. Bəziləri bu səfərin son dövrlərdə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları prosesində Avropa Birliyinin aktivliyindən qaynaqlandığını düşünür. Lavrovun səfərini ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin səfəri ilə də əlaqələndirənlər tapılır. Hər bir halda son dövrlərdə Qərbin regiondakı aktivliyinin Moskvada narahatlıqlar yaratdığı ortadadır. Hətta bu məsələyə münasibət bildirən zaman Xarici İşlər Nazirliyinin söz?üsü Mariya Zaxarova da Brüsselin vasitəçilikdən özünə xal toplamaq, siyasi məqsədlər güddüyünə açıq işarə edən mövqe bildirmişdi.
Eləcə də, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi üzrə növbəti görüşün Avropanın siyasi paytaxtı sayılan Brü?seldə keçiriləcəyini nəzərə alsaq, Rusiya prosesi nəzarətsiz buraxmaq da istəmir. Hazırda Aİ ilə Rusiya arasındakı münasibətlərin gərginliyi fonunda Moskva bu problemin Qərbin vasitəçiliyi ilə həll edilməsindən o qədər də razı görünmür. Bunun üçün isə Kreml özünün vasitəçilik funksiyasını daha da aktivləşdirmək niyyətinə düşüb. Lavrovun ard-arda Ermənistana və Azərbaycana reallaşan səfərləri hansısa nəticəyə yol açacaqmı?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Lavrovun Bakı səfərinin təbii olaraq öz gündəliyi var. Gündəlikdə yer alan məsələlər haqda isə indidən dəqiq fikir yürütmək mümkün deyil. Düzdür, bu səfəri ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin səfəri ilə də əlaqələndirənlər var. Politoloq bu iki səfər arasında hansısa əlaqənin olması fikrini real saymır: “İnanmıram ki, Lavrovun səfəri məhz ABŞ rəsmisinin səfəri ilə bağlı olsun. Rusiya hazırda regionda öz maraqlarını təmin etməyə çalışır. Bu maraqlar isə iqtisadi-siyasi nüfuzun saxlanılmasından ibarətdir. Amma Kreml həm də anlayır ki, nüfuzun saxlanılması üçün ortadakı mövcud problemlə bağlı müəyyən nəticələr olmalıdır. Hazırda Rusiyanın vasitəçiliyi ilə ortaya mühüm nəticələr çıxmır. Biz bu nəticələri görmürük. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, post-münaqişə dövründə gedən proseslərdə Rusiyanın vasitəçiliyi ilə ortaya çıxan nəticələr kifayət qədər təsirli nəticələr deyil. Hətta 2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq dəhlizlərin açılması ilə bağlı yaradılan və Rusiyanın baş nazirinin müavinin də təmsil olunduğu Komissiyanın fəaliyyəti belə nəticəsiz qalıb. Çünki Ermənistan Zəngəzur dəhlizi ilə bağlı hələ də qeyri-müəyyən fikirlər səsləndirir, ara qarışdırır. Baxmayaraq ki, ara-sıra ümidverici ifadələr və ya bəyanatlar səsləndirilir, amma bunlar hamısı ümumi sözlərdir. Bizə əməli işlər lazımdır”.
Politoloqun sözlərinə görə, Qərbin vasitəçiliyi ilə yaradılan “siyasi meydança”da isə tamam fərqli mənzərə mövcuddur. Brüsselin vasitəçiliyi ilə gedən prosesdə siyasi hərəkətlilik daha aktivdir. Hətta ortada müəyyən nailiyyətlər də var. “Məsələn sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın yaradılması məsələsi Brüsseldə müzakirə olundu. Digər tərəfdən, sülh sazişi ilə bağlı da müəyyən işlər aparılır, ümumi prinsiplər müəyyənləşdirilir. Düzdür, bu məsələdə də Ermənistanın günahı ucbatından müəyyən zəif hərəkətlik müşahidə olunur, amma hər bir halda proses artıq müəyyən edilib. Buna isə Brüsselin fəaliyyəti nəticəsində nail olunub. Ortaya bir yarışma mənzərəsi çıxıb. Rusiya qarşıdakı mərhələdə çalışacaq ki, hansısa təsirli təşəbbüslər irəli sürsün. Həmin təşəbbüslər Kremlin vasitəçiliyinin daha effektiv, məhsuldar və səmərəli olduğunu ortaya çıxarmalıdır. Fikrimcə, Lavrovun səfəri daha çox bu amillə bağlıdır. Təbii ki, müzakirələrin predmetlərini əvvəldən tam müəyyənləşdirmək olmaz və nəticələrin də necə olacağını zaman göstərəcək. Bütün hallarda görünən odur ki, ortada Qərb ilə Rusiyanın yarışı var və bu yarış da öz nəticələrini verməlidir”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41

