Ermənistan müxalifəti də məğlub oldu
18.06.2022 [11:16]
“Çadır şəhərciyi” yenidən bərpa ediləcəkmi?
Sadiq İSMAYILZADƏ
Ermənistanın revanşist müxalifəti məğlub olduğunu bəyan edib. Belə ki, aprel ayından İrəvan küçələrində Paşinyan hökumətinin istefası, sülh danışıqlarına və Qarabağın Azərbaycanın tərkibində olmasına etiraz xarakteri daşıyan aksiyalar başa çatıb. Erməni müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, Fransa meydanındakı “çadır şəhərciyi” öz missiyasını yerinə yetirib. Saqatelyan deyib ki, çadırlar sökülür, lakin zərurət yarandıqda istənilən vaxt “çadır şəhərciyi”ni bərpa edəcəklər. Onun sözlərinə görə, hakimiyyətə və baş nazir Nikol Paşinyana qarşı çıxan hər kəsi aksiyalara cəlb edə bilməyiblər. “Onların hakimiyyətdən getmələri üçün hər şeyi etdik. İstənilən başqa güc gedərdi, amma bu güc qan istəyir. Biz artıq dedik ki, qan tökülməsini istəmirik və əgər bizi qətiyyətsizlikdə ittiham edirlərsə, bəli, erməniləri öldürmək əzmimiz yoxdur”, - deyə Saqatelyan uğursuzluğun səbəblərini izah etməyə çalışıb. O əlavə edib ki, mitinq və yürüşlər artıq həftədə bir dəfə olacaq.
Revanşitslərin arzuları puç oldu - sülh Ermənistan üçün yeganə çıxış yoludur
Təbii ki, revanşist müxalifətin öz iddialarından geri çəkilməsinin ən böyük səbəbi gözlədiyi dəstəyi qazana bilməməsidir. Saqatelyanın açıqlamasına diqqət çəkən zaman bəlli olur ki, onlar arzuladıqları “yüzminləri” mövcud reallıqlara qarşı səfərbər edə bilməyiblər. Başqa sözlə, proseslərə baxışda müxalifətdən daha praqmatik mövqe nümayiş etdirən ermənilər küçələrə çıxmamaqla sülhü dəstəklədiklərini ortaya qoyublar. Burada isə bir sıra mühüm amillər mövcuddur:
- Azərbaycanın gücünü dərk edən erməni xalqı başlama ehtimalı olan hər hansı bir hərbi qarşıdurmanın onlar üçün daha böyük faciələrə yol açacağını görür. Çünki 44 gün ərzində darmadağın olan Ermənistan ordusu bu gün Azərbaycanla müharibə aparmaq qabiliyyətində deyil;
- Bir sıra “beynəlxalq güclər”ə ümid bağlayan erməni müxalifətinin “oxu daşa dəydi”. İstər Avropanın siyasi paytaxtı Brüsseldə, istərsə də Moskvada sülh danışıqlarında diktə edən tərəf məhz Azərbaycan oldu. Bu isə onu göstərir ki, Azərbaycan siyasi müstəvidə də tam qələbə qazanıb.
- Ermənistan əhalisi də digər ölkələr kimi yaranan qlobal iqtisadi böhranın təhdidi ilə üz-üzədir. Maliyyə gücü, daxili istehsalı, idxal qabiliyyəti, bir sözlə heç nəyi olmayan Ermənistanın mövcud durumdan qaçış imkanları sıfıra bərabərdir. Çıxış yolu isə Azərbaycanın yaratdığı iqtisadi imkanlardan tam yararlanmaq və əməkdaşlıq platformalarında iştirak etməkdən ibarətdir.
Belə olan halda isə erməni revanşistlərinin “Don Kixot”luğu işə yaramadı. Artıq onlar da dərk edirlər ki, yalançı vədlər, Azərbaycana qarşı təxribatçı bəyanatlar Ermənistan üçün uğurlu yol sayıla bilməz.
Sülhün və təhlükəsizliyin bərqərarı üçün zəmin formalaşdırılır
Erməni siyasi analitikləri isə müxalifətin geriçəkilmə səbəbi kimi Rusiya amilini də qabartmaqdadır. Lavrovun İrəvana səfəri zamanı etirazçıların Kreml və şəxsən Lavrov əleyhinə səsləndirdiyi şüarlar onların “son barıtı” imiş. Belə ki, artıq Rusiyanın da siyasi bəyanatlar vasitəsilə Paşinyanı dəstəklədiyini ortaya qoyması revanşi??lərin son ümidinin üzərindən xətt çəkib. Düzdür, Ermənistanın müxalifyönlü “Past” nəşrinin yazdığına görə, baş nazir Moskvanın müxalifəti deyil mövcud iqtidarı dəstəkləməsi qarşılığında hansısa strateji addımlar atacağını vəd edib. Bununla belə, mövcud situasiya onu deməyə əsas verir ki, artıq bütün qütblər regionda sülhün və təhlükəsizliyin bərpası üçün zəmin formalaşdırır. Sülh şərtləri isə məlumdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bildirib ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır. Azərbaycan bunun üzərində işləyir. Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən danışan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb. “Ermənistan buna cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdük”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Beləliklə, qalib Azərbaycanın irəli sürdüyü şərtlər məğlub Ermənistan tərəfindən qəbul edilir. Bunun yeganə çıxış yolu olduğunu isə həm erməni xalqı, həm də siyasi qüvvələr açıq şəkildə anlayırlar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

