Azərbaycan XİN Nikol Paşinyana cavab verib
28.06.2022 [14:44]
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 27-də mətbuat konfransında söylədiklərinə cavab verib.
Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, N.Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır.
Qeyd olunub ki, otuz ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu əraziləri darmadağın edən bir ölkənin rəhbərinin, Azərbaycanı bu illər ərzində blokada siyasətini yürütməkdə ittiham etməsi heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır.
"Baş nazir Paşinyana xatırladırıq ki, Azərbaycan Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub. Məhz Azərbaycan dövlət başçısı, postmünaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi.
Azərbaycan tərəfi, iki ölkə arasında sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir. Uzun illər ərzində məhz Azərbaycan tərəfi, bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq.
Üçtərəfli bəyanatlara gəldikdə, bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır. Sənədin iddialarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə diversant qüvvələr göndərən, Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini çıxarmayan, kommunikasiyaların açılmasını uzun müddət ərzində ləngidən Ermənistan bu bəyanatların icrasını kobud şəkildə pozur.
Ermənistan Baş naziri konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyni” söyləyir. Əgər, postmünaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar.
Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır", - açıqlamada vurğulanıb.
Xəbər lenti
Hamısına baxİdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35

