/ / "WikiLeaks" resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır, burada məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır
"WikiLeaks" resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır, burada məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır
03.12.2010 [10:11]
“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır, burada məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.
Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidenti ölkənin qaz ixracı ilə bağlı siyasətində şaxələndirmə tərəfdarı olduğunu ifadə edib, çünki bununla bağlı dünyada acı təcrübələr var, ona görə də Azərbaycan özünü hansısa ölkədən, qurumdan asılı salmayacaq enerji siyasəti yürüdür: “Prezidentin dəfələrlə çıxışlarında ifadə etdiyi bu fikirləri çox ustalıqla redaktə edərək, “Azərbaycan Türkiyənin enerji mərkəzi olmasını istəmir” fikrini ortaya atıblar. Azərbaycanda da, Türkiyədə də hər kəsə məlumdur ki, Azərbaycanın Ulu öndəri Heydər Əliyev Bakı-Tiflis-Ceyhan kəmərinin məhz Türkiyədən keçməsi üçün hansı təzyiqlərə məruz qaldı, Azərbaycanın ətrafında beynəlxalq qalmaqallar yaradıldı, Xəzərin statusu məsələsini ortaya atdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təzyiqlərə sinə gərib, kəmərin Türkiyədən keçməsini təmin etdi. Bunu eləyən dövlətin başçısı indi belə bir söz deyərmi? Əlbəttə, Prezident heç vaxt belə fikir səsləndirməyib, bu sadəcə, maraqlara uyğun olaraq edilmiş redaktədir”.
Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanla İranı da üz-üzə qoymağa çalışırlar: “Bəziləri İrana təzyiq etmək üçün platsdarm axtarırlar. Amma İranda bizim soydaşlarımız yaşayır, bu ölkə ilə əlaqələrimiz var. Biz hər zaman bəyan etmişik, Azərbaycan dostluqlara, əməkdaşlıqlara platsdarm ola bilər”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanın Türkiyə və İran, yaxın qonşuları ilə yaxşı əlaqələri kimlərəsə sərf etmir: “Bildiyiniz kimi, bu iddialar Azərbaycan Prezidentinin mətbuat xidməti tərəfindən birmənalı şəkildə təkzib edilib. Bu informasiyaların heç bir əsası yoxdur”.
Xəbər lenti
Hamısına baxHərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03

