ABŞ prezidenti növbəti dəfə çağırış etdi
14.07.2022 [10:08]
Cozef Bayden ölkədə hücum silahlarının satışının qadağan olunmasını istəyir
N.BAYRAMLI
ABŞ prezidenti Cozef Bayden növbəti dəfə ölkədə hücum silahlarının satışının qadağan edilməsi təşəbbüsü ilə çıxış edib. O bildirib ki, ABŞ administrasiyası silaha nəzarətin daha da sərtləşdirilməsi və ölkədə hücum silahlarının satışına qadağa qoyulması üçün səy göstərməyə davam edəcək. “Hücum silahları qadağan edilməlidir. Mən bu silahları, daraq tutumu 30 mərmi olan silahları qadağan etmək niyyətindəyəm. Bu qadağaya nail olana qədər mən dayanmayacağam”, - deyə dövlət başçısı vurğulayıb. Baydenin sözlərinə görə, son iki onillikdə ABŞ-da odlu silahdan istifadə nəticəsində ölən məktəblilərin sayı Amerika polisi və hərbçilərinin ümumi sayından çoxdur: “Silahlar Amerika Birləşmiş Ştatlarında uşaqların bir nömrəli qatilidir. Bunu bir daha təkrar edirəm. Silahlar avtomobil qəzaları və xərçəngdən qabaq ABŞ-da uşaqların ölümünün bir nömrəli səbəbidir. Son iyirmi ildə silahlar Birləşmiş Ştatlarda vəzifəli polislər və xidmətdə olan hərbçilərin cəmindən daha çox orta məktəb şagirdini öldürüblər”.
Ümumiyyətlə, ABŞ prezidentinin narahatlığına əsas səbəb insanlar arasında silahlı insidentlərin artmasıdır. Digər ölkələrlə müqayisədə, vətəndaşlara silah satışına görə ABŞ öndə gedir. Məsələn, CNN-nin yaydığı məlumatda bildirilir ki, ABŞ-da hər yüz nəfərə 120.5 silah düşür. O da qeyd olunur ki, ABŞ bu göstərici ilə dünyada birinci yerdə, Folklend adaları isə 100 nəfərə 62 silahla ikincidir. Üçüncü yerdə isə 7 ildir vətəndaş müharibəsi aparan Yəmən gəlir. Bu ölkədə hər 100 nəfərə 53 silah düşür. Cənubi Koreya və Yaponiyada isə hər yüz nəfərə 0,2 silah düşdüyü məlum olub. ABŞ dünyada mövcud olan 857 milyon mülki silahın təxminən 393 milyonuna sahibdir. Bu da bütün dünyadakı silahların 46 faizi deməkdir. ABŞ-da hər 100 min nəfərdən 4-ü silahlı atışma nəticəsində ölüb. Bu rəqəm inkişaf etmiş başqa ölkələrdə orta hesabla 18-dir. Bu ölkədə intiharların 44 faizi silahla baş verir. ABŞ dünya üzrə kütləvi silahlı hücuma məruz qalan yeganə ölkədir.
Kiçik bir xatırlatma etmək yerinə düşər. Belə ki, mayın 25-də ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 18-i məktəbli olmaqla 21 nəfər ölüb. Bu hadisədən sonra ABŞ prezidenti Cozef Bayden silah satışına məhdudiyyətin qoyulması ilə bağlı çıxış etmişdi. Bayden silahların alınma yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib. Eyni zamanda saxlama qaydalarının dəyişdirilməsinin və təhlükəli hesab olunduğu halda vətəndaşdan alınması təklifi irəli sürülüb. Həmin qanlı hadisədən sonra Co Bayden emosional çıxış etmişdi. Onun çıxışından bir neçə cümləni xatırlayaq: “Son iki onillikdə məktəb yaşlı uşaqlar, polis və hərbçilər daha çox odlu silahdan açılan atəş nəticəsində ölüb. Fikirləşin! Allah xatirinə, biz nə qədər belə qırğına dözəcəyik?! Daha nə qədər günahsız amerikalı öləcək?! Bəsdir!”. Bu hadisədən sonra ABŞ prezidenti Konqresi ölkədə baş verən son kütləvi atışmalara cavab olaraq hücum silahlarının və yüksək tutumlu silah sandıqlarının satışını qadağan etməyə çağırıb. Nümayəndələr Palatasının Ədliyyə Komitəsi isə artıq müvafiq tədbirləri müzakirə edir. Amma bu istiqamətdə hələ ki, ciddi bir addım atılmayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

