/ / Mübariz Qurbanlı: Azərbaycan diplomatiyası münaqişənin həlli üçün bütün vasitələrdən istifadə edir və bu da öz müsbət nəticələrini verməkdədir
Mübariz Qurbanlı: Azərbaycan diplomatiyası münaqişənin həlli üçün bütün vasitələrdən istifadə edir və bu da öz müsbət nəticələrini verməkdədir
07.12.2010 [09:25]
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə www.yap.org.az saytına müsahibəsində deyib ki, Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda növbəti mərhələni təşkil edir. Bu sammitdə Azərbaycan diplomatiyası siyasi, psixoloji, ideoloji cəhətdən Ermənistan diplomatiyasından üstün olduğunu bir daha nümayiş etdirdi. Bu sammitdə Prezident İlham Əliyevin dəmir məntiqə söykənən və həddindən artıq praqmatik şəkildə etdiyi çıxış Astanaya toplaşan bütün dövlət başçıları və nümayəndə heyətləri tərəfindən diqqətlə dinlənildi və məmnuniyyətlə qarşılandı: “Prezident İlham Əliyevin həmin çıxışında bir sıra istiqamətləri biz müşahidə etdik. Birincisi, cənab Prezident Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu nümayiş etdirdi. İkincisi, Prezident İlham Əliyev çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətinin sürətləndirilməsinin zəruriliyini vurğuladı. Eyni zamanda, dövlətimizin başçısı ATƏT-in bu münaqişəni həll edə bilməməsinin bütövlükdə beynəlxalq münasibətlər sisteminə, həmçinin, ATƏT-in imicinə böyük xələl gətirdiyini qeyd etdi. Prezident bildirdi ki, münaqişənin həlinə və sülh danışıqlarına vasitəçilik missiyasını ardıcıl həyata keçirməyə borclu olan qurum ATƏT-in Minsk qrupudur ki, bu qrup da fəaliyyət göstərdiyi illərdə müəyyən irəliləyişlər əldə olunsa da, yekun nəticəyə nail olunmayıb. Bu çıxış Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya taktikasına söykənirdi və Azərbaycanın mənəvi, psixoloji, ideoloji, diplomatik üstünlüyü ilə müşayiət olunurdu”.
Daha sonra Mübariz Qurbanlı deyib ki, ATƏT-in Minsk qrupunun çatışmazlıqları Azərbaycan tərəfindən dəfələrlə bəyan olunub. Məlumdur ki, münaqişə başlandığı vaxtda BMT Təhlükəsizlik Şurası (TŞ) problemin həllinə dair müvafiq qətnamələr qəbul edib. Lakin bu qətnamələr hələ də yerinə yetirilməyib. Amma perspektivdə Azərbaycan tərəfi münaqişənin BMT tribunasında daha yüksək səviyyədə müzakirəsi üçün müvafiq addımları atmaq iqtidarındadır və bu, ölkəmizin hüququdur. “Azərbaycan diplomatiyası yalnız, ATƏT-lə məhdudlaşmayıb. Avropa Şurası, İslam Konfransı Təşkilatı, BMT-nin Baş Assambleyası səviyyəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dəfələrlə məsələlər qaldırılıb. O cümlədən, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə vəziyyətlə bağlı qərar qəbul olunmasına nail olunubdur. Perspektivdə prosesin ATƏT çərçivəsində davam edəcəyi gözlənilir və bu, elə BMT TŞ-nin tövsiyyəsidir. Lakin Azərbaycan diplomatiyası bütün vasitələrdən istifadə edir və hesab edirəm ki, bu da öz müsbət nəticələrini verir”, - deyə M.Qurbanlı vurğulayıb.
ATƏT-in Minsk qrupunun vasitəçiliyindən tamamilə imtina məsələsinə gəldikdə isə YAP İcra katibinin müavini indiki şəraitdə bu addımın real və düzgün olmadığını söyləyib. Onun sözlərinə görə, bütün hallarda Azərbaycan diplomatiyası çevik addımlar atacaq və ATƏT çərçivəsində, BMT çərçivəsində bütün vasitələrdən səmərəli istifadə edə biləcək.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

