Ermənistanın dəvət etdiyi Aİ missiyası gəlir
18.10.2022 [10:56]
Rusiya baş verənlərdən narazıdır
Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilmiş iclasında Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib. Bu barədə qurum rəsmi saytında məlumat yayıb. Bildirilib ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox davam etməyəcək. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdən sonra verilib. Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərini asanlaşdırılmasıdır.
Yeri gəlmişkən, Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdi ki, oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olunub: “Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək”.
Üçtərəfli bəyanatlar tam şəkildə həyata keçirilməlidir
Amma KTMT-nin üzvləri bu missiyanın Ermənistana gəlişindən razı deyil. Hazırki situasiya baxımından, bu da başadüşüləndir. Rəsmi Moskvanın bu mövqeyi hələ bir neçə gün öncədən bəllidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hələ oktyabrın 11-də keçirdiyi brifinqdə Aİ sərhəd missiyasının göndərilməsi ilə bağlı suala cavabında bu məlumatdan xəbərdar olduğunu bildirmişdi. “Anladığım qədər Avropa İttifaqında bununla bağlı formal qərar hələlik qəbul olunmayıb (artıq qəbul olunub - red). Biz buna təəssüflər olsun ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına növbəti dəfə bütün vasitələrlə mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq. Əlbəttə ki, bu, suveren dövlətlərin məsələsidir. Onlar öz münasibətlərini qururlar”, - Rusiya XİN sözçüsü vurğulayıb. Zaxarova Aİ-nin Ukrayna münaqişəsi ilə bağlı 8 il davam edən uğursuz vasitəçilik missiyasından danışıb: “Ona görə də biz hesab edirik ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Bu məsələ ilə bağlı azərbaycanlı və ermənistanlı həmkarlarımızla müntəzəm təmasları dəstəkləyirik”.
Yeganə yol Azərbaycanın irəli sürdüyü şərtlərə əsaslanan sülh sazişinin imzalanmasıdır
Göründüyü kimi, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması müasir beynəlxalq münasibətlər sisteminin ən mühüm maraq kəsb edən məsələlərindən birinə çevrilib. Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqlar bütün tərəflər üçün cəlbedici mənzərə yaradıb. Bunun nəticəsidir ki, yerləşdiyi siyasi qütbdən asılı olmayaraq dünya birliyi mövcud problemin həllinə çalışır. Təəssüflər olsun ki, problemin həll edilməsinə daha çox maraq göstərməli olan Ermənistan isə qeyri-adekvat addımlarla yadda qalır. Əslində, rəsmi İrəvan imzalanan üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etsəydi, problemin həlli iki il uzanmazdı. Beləliklə, yaranan situasiyada da günahkar məhz Ermənistanın siyasi rəhbərliyidir. Bu gün özünün sərhədlərinə Aİ-nin monitorinq missiyasını dəvət etməklə nəyəsə nail olacağını düşünən Ermənistan, anlamalıdır ki, yanılır. Çünki regional təhlükəsizliyin yeganə yolu Azərbaycanın irəli sürdüyü şərtlərə əsaslanan sülh sazişinin imzalanmasıdır. Əks təqdirdə, yeni manipulyasiyalara əl atmaq Ermənistan üçün böyük faciələr vəd edir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

