Mətbuat Şurasında Beynəlxalq Mətbuat İnstitutunun rəsmiləri ilə görüş keçirilib
23.02.2011 [01:12]
Dünən Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. MŞ-dən APA-ya verilən məlumata görə, tədbirdə MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkə nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər. Qeyd edək ki, BMİ dünyanın nüfuzlu media birliklərindən olmaqla BMT-nin və YUNESKO-nun toplantılarında məşvərətçi səs hüququna malikdir.
Toplantını açan Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. Ə. Amaşov bildirib ki, Şura hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyət həyata keçirməkdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yüksəldilməsinə, reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin tətbiqinə, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır: “İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq”.
Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi bildirib ki, BMİ-nin dünyanın demək olar, bütün ölkələrində nümayəndələri var. Milli Komitələrinin sayı isə 20-dir. Onlardan biri Azərbaycanda fəaliyyət göstərir və işi yüksək qiymətləndirilir: “Səfərimizdən məqsəd Milli Komitənin fəaliyyəti ilə daha yaxından tanış olmaqla yanaşı, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə maraqlanmaq, bununla bağlı tendensiyaları izləmək və BMİ-nin hansı çətinliklərin aradan qaldırılmasında iştirak edə biləcəyini müəyyənləşdirməkdən ibarətdir. Düşünürəm ki, sizlərlə diskussiyalarımız əsasən mövcud istiqamətdə gedəcək”.
BMİ-nin mətbuat, kommunikasiya məsələləri üzrə meneceri A.Milz çıxışında diqqəti qurumun konfliktli bölgələrin jurnalistləri arasında dialoq yaratmaq təcrübəsinə yönəldib. O bildirib ki, təşkilatın tarixində İkinci Dünya Müharibəsindən sonra Fransa və Almaniya jurnalistlərini bir araya gətirmək kimi praktika mövcuddur: “İsrail və Fələstin jurnalistləri arasında da görüş keçirmişik. İlk növbədə çalışırıq ki, media təmsilçiləri özlərinin daşıdıqları missiyanı unutmasınlar. Onları hadisə və proseslərə münasibətdə peşəkar olmağa çağırırıq”.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda senzura hələ 1998-ci ildə ləğv edilib: “ölkədə KİV-in inkişafı üçün olduqca münbit şərait yaradılıb. Siyasi mövqeyindən asılı olmayaraq, bütün qəzetlər və digər media qurumları dövlətin maddi yardımından bərabər səviyyədə yararlanırlar. Azərbaycan mediasının yeganə problemi digər regional medialar kimi, transmilli media korporasiyalarının informasiya hegemoniyasına qarşı müqavimət göstərə bilməməsidir. Transmilli media holdinqləri isə bəzi hallarda informasiyaları manipulyativ şəkildə təqdim etdikləri və xüsusi məqsədə hesabladıqları üçün bu, medianın obyektiv informasiya ötürmə funksiyasını istismar edir. Ona görə də, yaxşı olardı ki, Beynəlxalq Mətbuat İnstitutu belə məsələlərə diqqət yönəldəydi”.
Ermənistan jurnalistlərilə görüş məsələsinə münasibət bildirən Hikmət Babaoğlu söyləyib ki, yaxşı olardı ki, Beynəlxalq Mətbuat İnstitutu basklarla-ispanlar, ingilislərlə-irlandlar, flamondlarla-vallondlar arasında görüş təşkil edə idi: “Əgər əldə edilmiş təcrübə müsbət nəticələr verərdisə, bunu mütərəqqi təcrübə kimi yaymağa dəyərdi”.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32

