Ədalət zəfər çalarsa...
29.11.2022 [10:22]
Ermənistan ölkəmizə təzminat ödəyəcək
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib.
Eləcə də, həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Dağıntılara baxdıqda elə təsəvvür yaranır ki, sanki bu yerlərdən sivilizasiyadan kənarda qalan vəhşi tayfalar gəlib keçiblər. Təsəvvür etmək çətindir ki, işğaldan təmizlənən yaşayış məntəqələrində üçrəngli bayrağımızı ucaltmağa salamat bir tikili tapmaq belə mümkün deyildi. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə bu göstərici cəmi 174 min hektara bərabərdir. Göründüyü kimi, işğal dövründə 54 min hektar meşə fondu məhv edilib. Zor gücünə zəbt edilən torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqları dağıdılıb, meşələr qırılıb və satılıb, torpaqlarımız qanunsuz yollarla istismar edilib. Xatırladaq ki, o torpaqların böyük hissəsini Ermənistanın kriminal rejimin başçıları öz mənafeləri naminə istifadə edirdilər. Son 30 ildə itirilmiş gəlir, ekologiyamıza vurulan ziyan da hesablanır. Təbiətə dəymiş ziyan Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınır. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlərin qanunsuz istismarına xarici şirkətlər də cəlb edilib. Azərbaycanın qızıl və digər yataqlarını qanunsuz istismar edən həmin şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə qədər gedəcək.
Ümumiyyətlə, bütün bu əməllərə görə Ermənistan Azərbaycana təzminat ödəməlidir. Noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev Ermənistanın ölkəmizə təzminat ödəməsi ilə bağlı sualı cavablandıraraq bildirib ki, bu prosesə başlanılıb. Prosesə bizə yardımçı olacaq beynəlxalq hüquq firması cəlb edilib. Dövlət başçısı deyib ki, həmin proses sürətli deyil, vaxtaparan olur: “Biz uğur qazanmaq üçün hər şeyi lazımi qaydada həyata keçiririk. Əlbəttə, əgər beynəlxalq hüquqi təsisatların qərarları siyasiləşdirilməsə, həmin qurumlar müəyyən erməni və avropalı havadarların hər hansı təzyiqinə məruz qalmayıb işlərə obyektiv qaydada baxarsa, onda, əlbəttə ki, işi udacağımıza böyük şans var. Həmçinin dağıdılmış bütün şəhər və kəndlərdə rəsmilərimiz tərəfindən artıq monitorinq aparılıb. Biz hər binanın pasportunu hazırlamışıq. Ermənilərin törətdikləri artıq göz qabağındadır və sənədləşdirilib. Bütün bunlardan hüquqi prosedurlarda tərəfimizdən istifadə ediləcəkdir. Biz onların nə qədər çəkəcəyini bilmirik. Biz bunları əsasən ictimaiyyətə təqdim etmədən edirik. Söhbət hazırda aparılan təfərrüatlı işdən gedir. Əminəm ki, əgər ədalət zəfər çalarsa, biz təcavüzkarları işğal zamanı törətdiklərinə görə cəzalandıracağıq”.
Əlbəttə ki, Ermənistanın törətdiyi bu əməllər müharibə cinayətləridir. Ermənistan münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqla müharibə cinayətlərini İkinci Qarabağ savaşı zamanı da davam etdirib. Ermənistan bütün bu kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Azərbaycan Prezidentinin beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablandığını, Ermənistanın beynəlxalq məhkəmələrə veriləcəyini, təzminat ödənilməsinin tələb ediləcəyini bildirməsi rəsmi İrəvanın bütün əməllərinə görə cavab verəcəyinin mesajıdır.
Ermənistandan fərqli olaraq, Azərbaycan quruculuqla məşğul olur. Hazırda işğaldan azad edilən ərazilərimizdə dövlət tərəfindən bərpa işləri həyata keçirilir. Doğrudur, bu işlərin daha sürətlə aparılmasına Ermənistanın ərazilərimizi minalaması əngəl olur. Belə ki, işğal dövründə qarşı tərəf ərazilərimizi kütləvi şəkildə minalayıb. Bu günə qədər rəsmi İrəvan ölkəmizin və beynəlxalq birliyin çağırışlarının əksinə olaraq mina xəritələrini Azərbaycana təhvil verməyib. Ermənistan təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir. Bu da mina qurbanlarının sayının hələ də artmasına səbəb olur. Əslində, bu faktın özü də cinayətdir ki, Ermənistan buna görə də cavab verməlidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

