Pentaqon: Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır
30.11.2022 [10:33]
Ölkələr arasında ikitərəfli əlaqələr müzakirə edilib
Azərbaycan dövləti hər zaman dünyanın bütün ölkələri və beynəlxalq təşkilatları ilə yüksək səviyyəli münasibətlərin qurulması istiqamətində mühüm addımlar atır. Təcavüzkar Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə normal iqtisadi-siyasi münasibətlərə malik Azərbaycan aparıcı dövlətlərlə də yaxın tərəfdaşlıq əlaqələri qurulması istiqamətində əsaslı irəliləyişlərə nail olub. Bu mənada, Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə də bir sıra sahələr üzrə mühüm tərəfdaşlıq əlaqələri mövcuddur.
Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb. Görüşdə regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşlə bağlı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında bildirilib ki, Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır. Qeyd olunub ki, tərəflər görüşdə regional təhlükəsizlik məsələləri ilə yanaşı, ikitərəfli əlaqələri və onun inkişafı perspektivlərini də müzakirə ediblər.
Beynəlxalq terrorizmə qarşı mübarizədə yaxın əməkdaşlıq...
Qeyd edilməlidir ki, ABŞ ilə Azərbaycan arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaş hesab edilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidentləri və digər rəsmi şəxslər Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycan - ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini isə hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Baş Qərargah rəisinin ABŞ-a səfəri yaddaqalan ola bilər
Bu səfərlə bağlı “Yeni Azərbaycan”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, bu səfər olduqca mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, bu səfər regional məsələlərin müzakirəsi üçün əsaslı zəmin formalaşdırır: “Son zamanlar Ermənistanın hərbi nümayəndələri, o cümlədən müdafiə naziri, təhlükəsizlik şurasının katibi ABŞ-a səfərlər ediblər, danışıqlar aparıblar. Azərbaycanın Baş Qərargah rəisinin ABŞ-a səfəri isə daha yaddaqalan ola bilər. Hazırda regional dinamika olduqca yüksəkdir. Eyni zamanda, İranda vəziyyət gərgin olaraq qalır. İran - Azərbaycan münasibətləri son vaxtlar daha da kəskinləşib və bu amil də Azərbaycanın təhlükəsizliyi ilə bağlı təhdidlər yaradır. Qeyd etməliyəm ki, Baş Qərargah rəisinin bu səfəri həmin təhdidləri müzakirə etmək, regionda təhlükəsizliyin qorunub saxlanılması prizmasından da aktualdır və vacibdir. ABŞ-ın regionda böyük maraqlarının olması şübhəsizdir. Rəsmi Vaşinqton bu maraqların İranın hərəkətləri ucbatından sual altına alınması ilə razılaşa bilməz”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

