Dağıdıcı, radikal müxalifətin siyasi meydandan getməsi artıq sosial sifarişdir
31.03.2011 [09:45]
Qəzetimizin ötən saylarında qeyd etdiyimiz kimi, xarici qərəzli qüvvələrin sifarişilə ölkədə xaos və anarxiya yaratmağa çalışan dağıdıcı-ekstremist müxalifətin qanunsuz və ictimai təhlükəli fəaliyyəti insanları narahat etməyə başlayıb. Bununla əlaqədar olaraq, Bakı şəhərinin sakinləri qəzetimizin redaksiyasına məktublar göndərərək, radikal müxalifətin bu cür əməllərindən narahatlıq keçirdiklərini bildirir və dövlət başçısından təhlükəsizliyin qorunması üçün ciddi addımların atılmasını xahiş edirlər.
Bu günlərdə eyni məsələ ilə bağlı redaksiyamıza yeni şikayət məktubları daxil olub. Bu məktublarda da şəhər sakinləri dağıdıcı müxalifətin qanunsuz fəaliyyətini kəskin şəkildə pisləyir və ölkə rəhbərindən dağıdıcı müxalifətin qanunsuz hərəkətlərinin qarşısını almağı xahiş edirlər.
Bakı şəhəri Nizami küçəsində yaşayan Əhmədova Məlakə Əsəd qızı tərəfindən daxil olmuş məktubda bildirilir ki, 11-12 martda baş tutmuş mitinqlərin məqsədi respublikada yalnız anarxiya yaratmaqdan ibarət olub. Məktub müəllifi ölkə rəhbərindən bu qanunsuz hərəkətlərin qarşısını almağı xahiş edir.
Digər şikayət məktubu Mərdanov qardaşları küçəsində yaşayan Qarayevlər ailəsi və Mərcanovlar ailəsi tərəfindən daxil olub. Bildirilir ki, son günlər şəhərin mərkəzində baş verən hadisələr heç bir halda qəbuledilməzdir. Məktubda deyilir: “Belə ki, özlərini siyasi qüvvə kimi qələmə verməyə can atan bəzi ünsürlər kimlərinsə tapşırığını yerinə yetirmək üçün cəmiyyətdə çaşqınlıq və xaos yaratmaq istəyirlər. Onlara dəstək verən siyasi işbazlar (sapı özümüzdən olan baltalar) keçmiş zamanla yaşayır, öz mövcudluqlarını təsdiq etmək üçün xarici yiyələri qarşısında dəridən-qabıqdan çıxırlar. Və son olaraq hər bir Azərbaycan vətəndaşı təhlükəsizliyinin qarantı kimi ölkə başçısını görür”.
Digər şikayət məktubu isə Səbail rayonunda fəaliyyət göstərən müxtəlif mağazalarda çalışan Kərimov Teymur və Həmidli Xumar tərəfindən daxil olub. Hər iki şikayətçi radikal müxalifətin “11 və 12 mart” adları altında irəli sürdükləri xaos və anarxiya törətmək cəhdlərini hiddət və qınaqla qarşıladıqlarını bildirirlər. Onlar mənasız və əsassız mitinqlərin keçirilməsinə qarşı olduqlarını vurğulayır və ölkə başçısından müxalifətçilər barəsində birdəfəlik tədbir görməsini artıq dərəcədə xahiş edirlər.
Beləliklə də, aydın olur ki, bəzi ölkələrdə baş vermiş hadisələrdən “ruhlanan” dağıdıcı müxalifət qanunsuz və təhlükəli fəaliyyəti ilə insanları narahat edir, onların rahatlığını pozur. Bu gün hər bir vətəndaş Azərbaycanda həyata keçirilən siyasi kursu dəstəkləyir və müşahidə olunan dinamik inkişafın davamlı olmasını istəyir.
Bir sözlə, xarici siyasi qruplaşmaların diqtə etdiyi planları həyata keçirən, bu yolda Azərbaycan gəncliyini belə çirkin oyunların alətinə çevirməyə hazır olan dağıdıcı, radikal müxalifətin siyasi meyndandan getməsi sosial sifarişə çevrilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

