Tahir Budaqov: Türk dövlətləri arasında münasibətlər yeni mərhələyə qədəm qoyub
20.12.2022 [10:36]
Şimali Kipr Türk Cümhuriyyətində Milli Birlik Partiyasının Sədr müavini - Baş katibi Oğuzhan Hasipoğlu, Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov birgə mətbuat konfransı keçiriblər.
Milli Birlik Partiyasının Sədr müavini - Baş katibi iqtidar partiyaları arasında üçtərəfli görüşün mühüm əhəmiyyətə malik olduğunu söyləyib. Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildiyini xatırladan Sədr müavini deyib ki, bu qərar Türk dövlətlərinin hakim siyasi partiyaları arasında münasibətlərin inkişafına da stimul verir.
Oğuzhan Hasipoğlu Milli Birlik Partiyasının AK Parti və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu səfərin yeni formatda, üçtərəfli əlaqələr müstəvisində əməkdaşlığa təkan verəcəyinə inamını ifadə edib.
AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş Türk dünyasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, TDT-nin IX Zirvə Görüşündə qəbul edilən qərarların türk dövlətləri arasında işbirliyinin genişləndirilməsinə əlverişli şərait yaratdığını söyləyib. Türk dövlətləri arasında münasibətlərin inkişafı kontekstində siyasi partiyalar arasında əlaqələrin gücləndirilməsindən bəhs edən AK Parti Sədrinin birinci müavini üçtərəfli görüşün bu baxımdan önəmli olduğunu bildirib.
Numan Kurtulmuş AK Partinin Yeni Azərbaycan Partiyası və Milli Birlik Partiyası ilə münasibətləri uğurla inkişaf etdirdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Numan Kurtulmuş üçtərəfli təmasların gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaratdığını söyləyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün Türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Tahir Budaqov söyləyib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycanın yaratdığı reallıqlar Türk dövlətlərinin əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar formalaşdırıb. O, Azərbaycan ilə Türkiyənin milli maraqların qorunması üçün bir-birinə daim qətiyyətli dəstək nümayiş etdirdiklərini diqqətə çatdırıb. YAP Sədrinin müavini bildirib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri – cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində uğurla inkişaf edir. O əlavə edib ki, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti xalqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Tahir Budaqov ötən il Əməkdaşlıq Protokolu imzalayan, qarşılıqlı səfərlər həyata keçirən və ortaq maraqlara əsaslanan birgə təşəbbüslər reallaşdıran YAP ilə AK Partinin münasibətlərinin nümunəvi xarakter daşıdığını və qarşıda duran hədəflərə çatmağa geniş imkanlar yaratdığını qeyd edib. O, iki partiya arasındakı münasibətlərin əsas və örnək götürülərək səmərəli üçtərəfli əlaqələrin inkişaf etdirilə biləcəyini söyləyib. YAP Sədrinin müavini səfər çərçivəsində həyata keçirilən üçtərəfli görüşün partiyalar arasında münasibətlərin yol xəritəsini və gələcək birgə fəaliyyət imkanlarını müəyyən etmək üçün önəmli olduğunu olduğunu söyləyib.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

