Prezident təsdiqlədi
13.01.2023 [10:22]
Yeni Qanun siyasi partiyalara nə vəd edir?
Nardar BAYRAMLI
Prezident İlham Əliyev yanvarın 11-də “Siyasi partiyalar haqqında” qanunu təsdiqləyib. Yeni qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni qanun qüvvəyə mindiyi üçün 3 iyun 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun ləğv edilib. Xatırladaq ki, Milli Məclis dekabrın 16-da qanunu üçüncü oxunuşda qəbul edib. Yeni qanunun məqsədi bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Sənədin hazırlanması zamanı Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub.
Qeyd edək ki, bu sənədin geniş ictimai müzakirəsi təşkil olunub, ölkədə fəaliyyət göstərən siyasi partiyaların təklif və rəyləri nəzərə alınıb. Bütövlükdə, layihəyə 70-ə qədər düzəliş edilib. Müzakirələr çərçivəsində partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və sair məsələlərə dair müddətlərlə bağlı dəyişikliklər edilib. Yeni qanunda sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb. Qanunda seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Sənəddə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.
Qanunun ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.
Partiyaların rolu artırılmalıdır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayevin fikrincə, siyasi partiyalar haqqında yeni qanun bütünlükdə siyasi sistemin inkişafı üçün müsbət təsir göstərəcək. Çünki təkmilləşməyə, mövcud reallığa uyğunlaşmağa, daha mükəmməl hüquqi sənədin qəbuluna ehtiyac var idi. “Əslində, məlum mövzu ilə bağlı müzakirələr xeyli əvvəl başlamışdı. Bir neçə ildir ki, yeni qanuna ehtiyacın olduğunu vurğulayırdıq. Sonra isə siyasi partiyalar prosesi rəsmi müraciət səviyyəsinə qədər çatdırdı və həmin müraciətə Milli Məclisin sədri səviyyəsində müsbət reaksiya bildirildi. Üstəlik, xüsusi olaraq qeyd etmək istəyirəm ki, məsələnin aktiv formada gündəmə gəlməsi və yeni qanunun hazırlanması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların hamısı yekdil təşəbbüslə çıxış etdi”,-deyən E.Musayev əlavə edib ki, bu faktın özü ümumi rəyin və arzunun mövcudluğundan xəbər verir.
Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas istiqamətlərdən biri siyasi partiyaların cəmiyyət həyatında iştirakçılıq səviyyəsinin artması olmalıdır: “Rəhbərlik etdiyim partiya da qanunla bağlı öz təkliflərini parlamentə təqdim etmişdi. Müzakirələrin gedişində partiyaların bir çox təklifləri nəzərə alındı. Hesab edirəm ki, yeni qanun müasir dövrün tələblərinə cavab verir. Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq”.
Siyasi dialoq mühiti inkişaf edəcək
“Siyasi partiyalar haqqında” Qanun ölkədə fəaliyyət göstərən partiyaların siyasi proseslərdəki iştirakını tənzimləyən, onların cəmiyyətdəki yerini və rolunu müəyyənləşdirən, hüquq və vəzifələrini özündə əks etdirən qaydalar, prinsiplər və normalar məcmusudur. 1992-ci ildə qəbul edilmiş qanun günümüzün tələblərinə tam şəkildə cavab vermirdi. Çünki Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı parlaq Zəfərdən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkədə yeni reallıqlar, yeni münasibətlər, yeni mühit formalaşıb. Bütün bunlar isə heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” qanunun da yenilənməsini tələb edirdi. Bu fikirləri isə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, yeni qanunun qəbul olunması və dövlət başçısı tərəfindən təsdiqlənməsi olduqca əhəmiyyətli məsələdir. Nəzərə almalıyıq ki, Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsində ölkədə yeni siyasi konfiqurasiya formalaşıb, iqtidar-müxalifət dialoqu real məzmun almağa başlayıb, cəmiyyətdə siyasi konsensus və milli birlik, həmrəylik mühiti formalaşıb, yeni siyasi açılımlar və islahatlar üçün əlverişli zəmin yaranıb. Siyasi partiyalar üçün normal mühit və imkanlar yaradılmaqdadır. Məsələn, siyasi partiyaların qeydiyyatının asanlaşdırılması və fəaliyyətlərinin yaxşılaşdırılması üçün bir sıra praktik addımlar atılıb. Partiyaların bir çoxu dövlət tərəfindən yeni mənzil-qərargahlarla təmin edilib. Partiya sədrləri dövlətin və hakim partiyanın təşkil etdiyi tədbirlərə dəvət edilir. İqtidar və müxalifət partiyalarının onlayn və real formatda görüşləri keçirilir, işğaldan azad edilmiş ərazilərə birgə səfərləri təşkil olunur.
Ə.Hüseynov qeyd edib ki, siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolu, çəkisi get-gedə artmaqdadır və bu istiqamətdə növbəti addımların da atılacağı gözlənilir: “Bu baxımdan, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin tam olaraq oturuşmasına xidmət edəcək. Siyasi partiyalar vətəndaşlarımızın milli maraqlar ətrafında birləşməsində, konsolidasiya olunmasında və demokratik cəmiyyətin təşəkkülündə daha fəal iştirak etmək imkanı qazanacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16

