"Vətəni tanı" ümumrespublika kampaniyasına start verilib
16.04.2011 [11:18]
olmaqla, bu sahəyə qayğını bir daha təsdiqlədi və sözügedən kampaniya da buna dəstək olacaq
Dünən “Vətəni tanı” ümumrespublika kampaniyasına start verilib. 132-134 nömrəli tədris kompleksində baş tutan tədbirdə ilk olaraq, çıxış edən Gənclər Təşkilatları Milli Şurasının baş katibi, eyni zamanda, kampaniyanın rəhbəri və müəllifi Orxan Ərəbov bildirib ki, “Vətəni tanı” ümumrespublika kampaniyası 14-18 yaşlı gənclər arasında respublika üzrə rayon və şəhərlərdə 85 auditoriyanı əhatə edəcək: “Bakının rayonlarındakı seçim turlarının hər birində isə 300 nəfər gənc olacaq. Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilib. 74 regional turlarında keçiriləcək hər bir rayondan 2 nəfər təmsilçi seçiləcək. Həmçinin, paytaxt Bakının 11 rayonu arasından 2 nəfər Bakı təmsilçisi seçiləcək. Təmsilçilərin biri elektron, digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək final mərhələsində iştirak edəcək. Kampaniyanın məqsədi Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır”.
Gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov, rabitə və informasiya nazirinin müavini Elmir Vəlizadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış edərək kampaniyanın əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən bu tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması, vətənimizin bütövlüyü və gənclərimizin milli ruhda böyüməsinə çox güclü təkan verəcək.
Milli Şuranın sədri, millət vəkili Fuad Muradov isə kampaniyaya dəstək verən bütün təşkilatlara öz təşəkkürünü bildirib. Qeyd edib ki, burada əsas məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsidir. F.Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam dövlətin bu sahəyə olan diqqətinin növbəti təzahürü olmaqla, bu sahəyə qayğını bir daha təsdiqləyib və sözügedən kampaniya da buna dəstək olacaq.
Qeyd edək ki, kampaniyada interaktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilib. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 gəncdən çox olacaq.
“Vətəni tanı” ümumrespublika kampaniyası çərçivəsində Kütləvi İnformasiya Vasitəli üçün də bir sıra layihələr nəzərdə tutulub. Məqsəd kampaniya haqqında məlumatların KİV-də geniş işıqlandırılmasına nail olmaqdır. Odur ki, jurnalistlər üçün müsabiqə elan olunub. Müsabiqə çərçivəsində layihə haqqında ən geniş və dolğun informasiya verən jurnalist təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.
Həmin jurnalistlər isə xüsusi akkreditasiya kartı ilə təmin ediliblər. Məhz, bu kartın vasitəsi ilə onlar kampaniya çərçivəsində keçirilən müsabiqədə iştirak etmək imkanı qazanacaqlar. Demək olar ki, Azərbaycanda mövcud olan bütün gündəlik və bəzi həftəlik qəzetlər, bütün internet xəbər portalları (azərbaycan, rus, ingilis dilli), informasiya agentlikləri, radiolar və televiziyalar bu kampaniyaya cəlb edilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

