Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti...
01.02.2023 [10:30]
Birləşmiş Millətlər Təşkilatının sənədi kimi yayılıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İcmanın mətbuat xidmətindən verilən məlumata görə, müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Qeyd edilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsən bildirib ki, dünyada ən böyük beynəlxalq təşkilat olan BMT-də sözügedən müraciətin təşkilatın sənədi kimi yayılması önəmli hadisədir. Onun sözlərinə görə, İcma bundan sonra da öz fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlara davamlı olaraq məlumatlar verəcək. Yəni, beynəlxalq birliklə, təşkilatlarla fəal əməkdaşlıq Qərbi Azərbaycan İcması üçün prioritetdir. “Çalışacağıq ki, tarixi torpaqlarımıza qayıdış məsələsində beynəlxalq ictimaiyyətin dəstəyini alaq”, - deyən sədr müavini əlavə edib ki, qayıdışla əlaqədar Beynəlxalq Qaçqınlar Konvensiyasında yer alan qaçqınların geri qayıdışına dair müddəalar, Mülki və Siyasi Hüququn Təminatı ilə bağlı Beynəlxalq Pakt, BMT-nin qəbul etdiyi İnsan Hüquqları haqqında Beynəlxalq Konvensiya, eyni zamanda, digər bu kimi insan hüquqları və azadlıqları, sərbəst və azad yaşayışın təminatı, həmçinin qaçqınların öz evlərinə qayıdışını təmin edən sənədlər burada əsas götürülüb. Biz tarixi ata-baba torpaqlarımızda bilavasitə reinteqrasiyanın, reabilitasiyanın tərkib hissəsi olacağıqsa, Ermənistan hökuməti BMT tərəfindən və BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınan öhdəliklərin, eyni zamanda, milli azlıqlarla bağlı üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinə məsuliyyət daşıyır. Qərbi Azərbaycan İcması qərbi azərbaycanlıların hüquqlarını və müdafiəsini qoruyan rəsmi bir struktur kimi çalışma planını özünə hədəf seçib.
Təhlükəsizlik məsələsinə gəlincə, millət vəkili deyib ki, Qayıdış Konsepsiyasında beynəlxalq qüvvələrdən ibarət olan missiyanın qərbi azərbaycanlıların qayıdacağı ərazilərə öncədən yerləşdirilməsi və reinteqrasiya prosesi başa çatana, xalqların bir-biri ilə normal qonşuluq münasibətində yaşaması prosesi baş tutana qədər o missiyanın özfəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur: “Biz bu prosesdə Azərbaycan hökuməti və onun müvafiq qurumları ilə daimi məsləhətləşmələr aparırıq, köməyindən və dəstəyindən beynəlxalq təhlükəsizlik missiyasının formalaşması, eyni zamanda, vurulmuş maddi-mənəvi zərərin Ermənistan tərəfindən ödənilməsi ilə bağlı qarşıya çıxa biləcək bütün proseslərin beynəlxalq məhkəmələr qarşısında qaldırılması və Ermənistan hökumətindən tələb olunmasını xahiş edəcəyik. Çünki bu məsələdə daim Azərbaycan hökumətinin dəstəyinə inamımızı ifadə edirik. Əminəm ki, qayıdış planımız normallaşma prosesini də özündə ehtiva edəcək. Ermənistan tərəfi bizim qayıdışımızın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməklə bərabər, həmçinin sərbəst şəkildə ana dilində təhsil, məhkəmə orqanlarında və icra strukturlarında Azərbaycan dilində öz fikirlərini, problemlərini ifadə eləməklə bağlı məsələlər də Ermənistan tərəfindən də təmin olunmalıdır”.
R.Həsən qeyd edib ki, qayıdış prosesində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq mühüm yer tutur. Xüsusilə, bu prosesdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vasitəçi olmasını istəyirik. Ona görə də, bundan sonra da beynəlxalq platformalarda fəal çalışmaq diqqət mərkəzində olacaq.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

