“Baş örtüyü” islahatlarından sonra...
09.02.2023 [10:24]
İran rejiminin növbəti hiyləgərliyi
MÜBARİZ
İranın molla rejimi ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib. İRNA agentliyinin məlumatına görə, əfv İslam inqilabının qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib.
Məlumatda bildirilib ki, əfv təklifi ilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib. Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək.
İran rejiminin on minlərlə məhbusu əhatə edən əfv qərarı verməsi “suda batan saman çöpündən yapışar” zərb-məsəlini yada salır. Bu, bir həqiqətdir ki, 43 il ərzində sosial-iqtisadi sahədə uğurlar qazana bilməyən İran rejimi öz mövcudluğunu bir tərəfdən, qadağaları sərtləşdirməklə, digər tərəfdən də, ideoloji təbliğatı gücləndirməklə qorumağa çalışıb. Ancaq internet dövrü mollakratiyanın hər iki silahını zərərsizləşdirib. Hazırda cənub qonşumuzun həyatında bu ölkə üçün ənənəvi olmayan proseslər müşahidə edilməkdədir. Bir tərəfdən, ölkədə mollakratiyanın yalan təbliğatına inam sarsılıb. Digər tərəfdən, insanlar həyatlarının sərt qadağalarla əhatə olunmasına dözə bilmirlər. Elan olunan əfv qərarının İran inqilabının qələbəsinin növbəti ildönümü münasibəti ilə verildiyini qeyd etdik. 44 il bundan əvvəl Şah Rza Pəhləvinin despotizminə yox deyən İran cəmiyyəti inqilab nəticəsində siyasi çevrilişin baş tutmasından az sonra daha sərt qadağalarla üzləşdi. Rejim dəyişsə də, onun repressiv mahiyyəti saxlanıldı və daha da sərtləşdirildi. Xüsusilə də qadınlar bu qadağalardan daha çox əziyyət çəkirlər. Son hadisələrədək onlara evdən kənarda baş örtüyü qadağaları tətbiq edilib. Saçlarını baş örtüyü altında tam gizlətməyənləri və yaxud hicab geyinməklə əlaqəli digər qaydaları pozanları əxlaq polisinin tətbiq etdiyi cəzalar gözləyirdi. Rejim repressiyaları gücləndirməklə insanların diqqətini daxili və xarici siyasətdəki uğursuzluqlardan yayındırmağa çalışırdı.
Belə görünür ki, 1979-cu ildən bəri aldadılan, qorxudulan İran cəmiyyəti daha əvvəlki kimi yaşamamaqda israrlıdır. İnsanların qəlbindəki rejimə qarşı nifrət qığılcımının alova çevrilməsi bir an məsələsi idi. Bu an 13 sentyabr 2022-ci il tarixində gəldi. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyəti ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq həmin tarixdən dörd aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir. Etirazlar dalğası ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır. Rejimin gah bu, gah da digər məkanlarda repressiyalar tətbiq etməsi, hətta silahları işə salması nəticə vermir. Mollakratiya iğtişaş ocaqlarından birini söndürür, bir ünvanda mitinqləri dağıdır, kimləri isə həbsə alır, sonradan məlum olur ki, yeni ünvanlarda yeni etiraz dalğaları daha izdihamlı şəkildə baş qaldırıb.
İndiyədək İran rejimi etirazları səngitmək məqsədi ilə müxtəlif tədbirlərə əl atıb. Bir tərəfdən, bütün ölkə boyunca etirazlara qalxanlara qarşı ən qəddar davranış nümayiş etdirilir - çoxsaylı həbslər və edamlar İranın bugünkü mənzərəsini səciyyələndirir. Eyni zamanda, rejim müxtəlif manipulyativ tədbirlərə əl atmaqla islahatlar görüntüsü yaratmağa çalışır. İş o yerə çatıb ki, mollakratiya ən əsas prinsipindən geri çəkilərək “baş örtüyü” islahatlarının anonsunu edib.
Çox doğru olaraq əfv qərarı da İranın siyasi hakimiyyətinin öz ömrünü uzatmağa hesablanan növbəti cəhdi kimi dəyərləndirilir. Əfv qərarı özlüyündə humanist mahiyyət daşıyır. On minlərlə insan azadlığa çıxacaq və yaxınlarına qovuşacaq. Ancaq bu, aysberqin yalnız görünən tərəfidir. Alt qatda isə siyasi hakimiyyətin insan hüquq və azadlıqlarına qarşı duran, bunu tamam inkar edən mahiyyəti gizlənir. Aydın məsələdir ki, məhbusların azad edilməsi kimi hiyləgər bir gedişlə mollakratiyanın əsl mahiyyətini pərdələmək və onun siyasi mövcudluğunu uzatmaq mümkün olmayacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:43
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59

