/ / Vergilər Nazirliyi vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirməyə başlayıb
Vergilər Nazirliyi vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirməyə başlayıb
10.06.2011 [10:03]
“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir”. Bu sözləri vergilər naziri Fazil Məmmədov dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı KİV-ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, qloballaşma dövrünün reallıqları nəzərə alınaraq, çevik və təkmil idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılması ideyası da ilk dəfə məhz bu sənəddə vacib məsələlərdən biri kimi önə çəkilib: “İnformasiya-kommunikasiya texnologiyaları modern və çevik idarəetmənin həyata keçirilməsində, dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasında, vətəndaşların keyfiyyətli xidmətlər əldə etməsində mühüm rol oynayır. Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, eləcə də, korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan hökuməti son illər idarəetmənin bütün sahələrində müasir texnologiyaların nailiyyətlərindən istifadə olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə bağlı xeyli iş görmüşdür. Bir sıra dövlət qurumları, o cümlədən də Vergilər Nazirliyi vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirməyə başlamış, elektron məlumat bazaları yaradılmışdır. Lakin bunlar görüləcək böyük işlərin yalnız başlanğıcı hesab oluna bilər və şübhəsiz ki, ölkə Prezidentinin son Fərmanı dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi və sürətləndirilməsinə ciddi təkan verəcəkdir. Fərmanla müəyyən edilmiş tapşırıqlar dövlət qurumları tərəfindən elektron xidmətlərin göstərilməsi sahəsində çox ciddi dəyişikliklər aparılmasını tələb edir. Hesab edirəm ki, bu çox vaxtında verilmiş, ölkəmizin hazırki inkişaf səviyyəsinə uyğun olan bir Fərmandır və onun icrası dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradacaqdır. Digər tərəfdən, elektron xidmətlərin tətbiqi sahəsinin genişləndirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində sistemli islahatların tərkib hissəsi kimi də dəyərləndirilməlidir. çünki elektron xidmətlər dövlət qurumlarının vətəndaşlarla təmasını azaltmaqla onların fəaliyyətində şəffaflığın artmasına yardım edir. Sözsüz ki, bu həm də korrupsiyaya qarşı mübarizə sahəsində çox səmərəli bir mexanizmdir”.
“Vergilər Nazirliyinin elektron xidmətlər sahəsində tətbiq etdiyi bir sıra layihələr bu gün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. 2006-cı ildən etibarən ən müasir texnologiyaları tətbiq etməklə yaradılmış vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqini mən xüsusilə qeyd etmək istərdim” deyən nazir sözügedən müsahibəsində, 2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalının istifadəyə verildiyini, bununla da bəyannamələrin elektron variantda göndərilməsinə start verildiyini bildirib: “2010-cu ilin yekunlarına görə, vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin orta hesabla 90 faizi e-formatda göndərilib. Müqayisə üçün deyim ki, istər MDB-də, istərsə də Şərqi Avropa ölkələrində bu göstərici 60-75 faiz çərçivəsindədir”.
Yeri gəlmişkən, Fərmandan irəli gələn məsələlər Vergilər Nazirliyinin kollegiyasında geniş müzakirə olunub və onların icrasını təmin etmək məqsədilə konkret tədbirlər planı təsdiq edilib. Həmin plan barədə ətraflı bəhs edən F.Məmmədovun sözlərinə görə, Prezidentin Fərmanında xüsusi qeyd olunan elektron imza ilə bağlı məsələlərin qısa müddətdə həlli fiziki şəxslərin elektron dövlət qeydiyyatı layihəsinin tətbiqinə imkan verəcək.
Nazir əlavə edib ki, dövlət başçısının Fərmanından irəli gələn və eyni zamanda, dövlət orqanları qarşısında duran mühüm vəzifələrdən biri də dövlət qurumları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi üçün qurumlararası informasiya sistemlərinin tam inteqrasiyasını və onların təkmilləşdirilməsini təmin etməkdir: “Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq vergi nəzarətinin elektronlaşdırılması sahəsində çox ciddi hədəflər müəyyən etmiş və bu hədəflərə çatmaq üçün məqsədyönlü və sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirir. Biz informasiya texnologiyalarının tətbiqi sahəsində əldə olunan nailiyyətləri bundan sonra da artıraraq, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin çeşidini genişləndirməyə, ölkə başçısının elektron hökumətin qurulması ilə bağlı verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi üçün bütün imkanlarından səmərəli istifadə etməyə çalışacağıq”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

