Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olub
25.06.2011 [09:10]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 23-də axşam Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Mehriban xanım Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşılayıb.
Rəsmi naharı açan Jan Pol Karteron Azərbaycanın birinci xanımını mərasimdə görməkdən məmnun olduğunu deyib. “Artıq iki gündür ki, Brüsseldə Azərbaycanı kəşf edirik”, - deyən Krans Montana Forumunun prezidenti ölkəmiz ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edərək deyib: “Xanımlar və cənablar! Hörmətli qonaqlar! Əziz dostlar!
Əvvəlcə mən bu axşam bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirmək istərdim.
Bu iki gün ərzində Azərbaycan Krans Montana Forumunda təmsil olundu. Mən Forumun prezidenti cənab Karterona bu tədbiri təşkil etdiyinə görə xüsusi təşəkkürümü bildirmək istərdim.
Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Qısa zaman kəsiyində Azərbaycan müasir və sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsidir və sürətli inkişaf bütün sahələrdə - siyasi, iqtisadi, sosial və mədəni sahələrdə hiss olunur. Bu gün səhər Prezident İlham Əliyev öz çıxışında son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında danışdı. ölkəmizdə siyasi və iqtisadi islahatlar demokratiya və dünyəvilik ənənələrinə əsaslanır. Bu, əslində 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan edildiyi vaxtdan etibarən olan ənənədir. Həmin dövrdə Azərbaycan dünyanın bu hissəsində bir çox sahələrdə birinci olmuşdur. İlk dünyəvi qadın məktəbi Azərbaycanda yaradılmış, qadınlara səsvermə hüququ verilmiş, ilk opera və balet səhnəyə qoyulmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı və uzun illər ərzində Azərbaycan xalqı müstəqilliyini arzulayırdı. Müxtəlif dövrlərdə imperiyaların bir hissəsi olmağımıza baxmayaraq, biz dilimizi, mədəniyyətimizi, adət-ənənəmizi, özünəməxsusluğumuzu qoruyub saxladıq və 1991-ci ildə müstəqilliyimizi bərpa etdik.
Müstəqil ölkə kimi Azərbaycan bazar iqtisadiyyatı, modernləşmə siyasətini həyata keçirir, qanunun aliliyini təmin edir. Bir neçə ildir ki, Azərbaycan dünyanın ən sürətli iqtisadi inkişaf tempinə malik ölkədir. Bu, bizə ölkəmizi inkişaf etdirməyə, səhiyyə, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət yetirməklə çox vacib sosial proqramları həyata keçirməyə imkan yaradır. Bütün bunlar həm də Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələridir.
Azərbaycanın Avropa ilə çox güclü münasibətləri vardır. Avropa İttifaqına üzv dövlətlər ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqlı fayda və hörmətə əsaslanır. Artıq on ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bizim münasibətlərimiz uğurla inkişaf edir və yeni mərhələyə qədəm qoyur.
ümidvaram ki, “Şərq tərəfdaşlığı” Proqramı Azərbaycan ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığa gətirib çıxaracaqdır. ümid edirəm ki, ölkəmizin dostları kimi sizin hamınız bu əməkdaşlığı dəstəkləyəcəksiniz. Sonda fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə dəvət edirəm. Bir daha bu axşam bizimlə olduğunuza görə təşəkkürümü bildirirəm, sizə və ailələrinizə uğurlar arzulayıram”.
Rəsmi nahardan sonra mərasimdə iştirak edən qonaqlar Azərbaycanın birinci xanımı ilə söhbətlərində Krans Montana Forumunda ölkəmizə kifayət qədər marağın olduğunu söyləyiblər. Onlar Azərbaycanın bu Forumda iştirakından məmnunluqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

