/ / Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda olub
Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda olub
14.07.2011 [07:01]
Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti dünən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda olub. Qonaqlar ziyarət çərçivəsində 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən açıq səma altında yaradılan etnoqrafik muzey kompleksindəki tarixi rəsmlər, qayaüstü təsvirlər, ibtidai dövrə aid yaşayış məntəqələri, kurqanlar və bütövlükdə etnoqrafik materiallarla tanış olublar. YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov da ziyarətdə iştirak ediblər.
Məlumat verilib ki, sərgilənən abidələrin tarixi olduqca qədimdir və onların bir çoxu eradan əvvəl III minilliyə aiddir. 156 hektar (ha) ərazini əhatə edən Qoruqda 200-dən artıq abidə mövcuddur ki, onların da hər biri Azərbaycan mədəniyyətinin dəyərli nümunələrindəndir. Qonaqlar tanış olduqları mədəniyyət nümunələri və tarixi abidələri olduqca maraqla qarşılayıblar. Bildiriblər ki, Azərbaycan zəngin tarixi irsə malikdir və bu irs ölkənin mədəni nümunələrində, tarixi abidələrində aşkar şəkildə öz təcəssümünü tapıb.
Nümayəndə heyətinin rəhbəri Buxarest şəhərinin II sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu gördüyü tarixi mədəni abidələrin onu müsbət mənada təəccübləndirdiyini bildirib: “Bu gün rast gəldiyimiz mədəniyyət nümunələri bizi çox təəccübləndirdi. Biz bir daha bu qənaətə gəldik ki, Azərbaycan zəngin tarixi irsə malikdir və onun zəngin tarixi bu cür mədəniyyət nümunələrində əks olunub. Bizim üçün bu cür mədəniyyət nümunələrini müşahidə etmək çox maraqlıdır. Rastlaşdığımız hər bir nümunə özünün spesifikliyi ilə fərqlənir. Bu nümunələri müşahidə etdikcə biz Azərbaycan tarixi ilə bağlı daha maraqlı məlumatlar əldə edir və yeni qənaətlərə gəlirik. Bizim yekun qənaətimiz budur ki, Azərbaycan zəngin tarixi irsə sahibdir”.
Nekulay Ontsanu vurğulayıb ki, Azərbaycanın mədəni irsi özündə ehtiva etdiyi dəyərlərə görə ümumbəşəri mədəniyyət xəzinəsinin əhəmiyyətli töhfəsi kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, Azərbaycan mütəmadi surətdə inkişaf edən ölkəyə çevrilib və bu inkişaf bir çox ölkələr üçün nümunə ola bilər: “Mən iki il öncə Azərbaycanda olmuşdum. Bu gün ölkənizdə gördüyüm inkişaf meyilləri bizi müsbət mənada çox heyrətləndirir və sevindirir. Azərbaycan Avropanın nəzərində yüksək inkişaf sürətinə malik olan və etibarlı strateji tərəfdaş qismində səciyyələndirilən ölkədir. Azərbaycanda qeydə alınan bu inkişaf bizi çox sevindirir”.
N.Ontsanu deyib ki, Azərbaycanın inkişafını göstərən başlıca indikatorlardan biri də mədəniyyət sahəsində qeydə alınan tərəqqi meyillərdirir: “ölkənizdə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərilir və bu, mövcud inkişafı daha da sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət sahəsinə xüsusi qayğı göstərir. Bu cür ali diqqətin sayəsində Azərbaycanın tarixi, mədəni irsi yüksək səviyyədə mühafizə olunur və mədəniyyət sahəsində davamlı inkişaf müşahidə olunmaqdadır”.
Nekulay Ontsanu onu da bildirib ki, Azərbaycanla Rumıniya arasında mədəniyyət sahəsində ikitərəli münasibətlərin daha da möhkəmlənməsi hər iki ölkə üçün xüsusi önəm kəsb edir: “Biz Azərbaycana etdiyimiz səfər çərçivəsində keçirdiyimiz görüşlərdə hər iki ölkənin əməkdaşlıq perspektivlərindən bəhs etdik. Biz ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi məsələsinə toxunduq. Vurğuladıq ki, ölkələrarası əməkdaşlıq münasibətlərinin inkişafı ümidvericidir”.
Rumıniyanın sabiq mədəniyyət naziri, akademik Viorel Margineanu isə bildirib ki, ziyarət çox böyük təəssüratlarla yadda qalıb: “Belə bir deyim var: keçmişini tanımayanın gələcəyi ola bilməz. Bu baxımdan, demək istəyirəm ki, Azərbaycan çox zəngin mədəni irsə sahibdir. Bu ziyarət çərçivəsində müşahidə etdiyimiz tarixi abidələr, etnoqrafik materiallar, qayaüstü təsvirlər, ibtidai dövrə aid nümunələr bizdə belə bir təəssürat və qənaət formalaşdırdı ki, Azərbaycanın zəngin tarixi mədəni irsi xüsusi araşdırma obyektinə çevrilə bilər. Əminəm ki, aparılacaq araşdırma nəticəsində əldə ediləcək bilgilər dünya mədəniyyət tarixinə yeni fenomenlər kimi daxil ola bilər”.
V.Margineanu qeyd edib ki, Azərbaycan özünün zəngin mədəniyyət nümunələrini dünyaya uğurla tanıdır: “Azərbaycanın mədəni irsinin, mədəniyyət nümunələrinin dünyaya tanıdılması yönündə çox mühüm işlər görülməkdədir. Bu işlərin qanunauyğun nəticəsi kimi, bu gün Azərbaycan mədəniyyəti dünya miqyasında tanınır və ona xüsusi diqqət göstərilir. Qısa müddətlə səfərimiz çərçivəsində onu müşahidə etdik ki, Azərbaycan dövləti və xalqı özünün keçmişi və gələcəyinə xüsusi qayğı göstərir. Bu, olduqca yaxşı haldır. Bu, eyni zamanda, Azərbaycanın inkişafını təmin edən əhəmiyyətli amil kimi çıxış edir”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

