/ / M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına daxil olmuş tələbələrlə görüş keçirilib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına daxil olmuş tələbələrlə görüş keçirilib
03.08.2011 [10:40]
Dünən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru professor Nərgiz Paşayeva bu nüfuzlu ali məktəbə daxil olmuş tələbələr və onların valideynləri ilə görüşüb.
AzərTAc xəbər verir ki, bu il MDU-nun Bakı filialının tətbiqi riyaziyyat, kimya, filologiya və psixologiya fakültələrinə 290-dan çox abituriyent imtahan verib, tələbə adına isə 100 nəfər layiq görülüb.
Görüşdə qəbul komissiyasının üzvləri, MDU-nun tanınmış alimləri və professorları da iştirak ediblər.
Tədbirdə çıxış edən rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək vurğulayıb ki, bu gün onların həyatında çox əlamətdar günlərdən biridir. Tələbə adına layiq görülmüş gənclərin elmin çətin və şərəfli yoluna qədəm qoyduğunu söyləyən N.Paşayeva qəbul imtahanlarının yüksək səviyyədə keçirilməsinə görə qəbul komissiyasının üzvlərinə təşəkkür edib. Rektor deyib: “Qəbul komissiyasının bütün üzvləri imtahanların obyektiv və vicdanla keçirilməsi, məhz ən yaxşı abituriyentlərin seçilməsi üçün səy göstərmişlər. Həqiqətən ən yaxşı abituriyentlər seçilmişlər”.
MDU-nun Bakı filialının tələbəsi adının şərəfli və eyni zamanda, məsuliyyətli ad olmasını vurğulayan N.Paşayeva təhsil dövrünü bu tədris müəssisəsinə qəbul edilmiş gənclərin həyatında ən mühüm mərhələ adlandırıb. Rektor deyib: “Biz sizə sadəcə universiteti bitirmək haqqında sənəd vermirik, biz sizə bilik veririk və siz bu bilikləri qəbul etməlisiniz”.
“Universitet böyük sosial təsisatdır, burada təkcə mütəxəssislər deyil, həm də şəxsiyyətlər formalaşır”, - deyən Nərgiz Paşayeva vurğulayıb: “Bizim başlıca vəzifəmiz sizi müdrikliyə, biliklərə yaxınlaşdırmaqdır. Bizim məqsədimiz mükəmməl insan yetişdirməkdir. Bu, uzun və çətin prosesdir, lakin biz buna çalışacağıq”.
N.Paşayeva görüş iştirakçılarının nəzərinə çatdırıb ki, tələbələrə M.V.Lomonosov adına MDU-nun yüksək ixtisaslı pedaqoqları dərs deyəcəklər.
Mərasimdə MDU-nun rus dili kafedrasının böyük müəllimi, pedaqoji fəaliyyətinə görə Lomonosov mükafatı laureatı Valeriya Baqryantseva, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi, psixologiya elmləri namizədi Andrey Kiselnikov, qəbul komissiyasının məsul katibi, kimya elmləri doktoru Sergey Karlov çıxış ediblər. Onlar qeyd ediblər ki, bu ali məktəbə daxil olmuş bütün abituriyentlər yüksək bilik, qabiliyyət və əzmkarlıq nümayiş etdiriblər. Vurğulanıb ki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetində və MDU-nun Bakı filialında tələbələr eyni tədris proqramlar üzrə təhsil alırlar.
Müəllimlər tələbələri MDU-nun Bakı filialında yaradılmış geniş imkanlardan maksimum səmərə ilə istifadə etməyə çağırıblar. Ali məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkil olunmasında, onun maddi-texniki bazasının möhkəmlənməsində rektor Nərgiz Paşayevanın xidmətləri yüksək qiymətləndirilib.
Qeyd edilib ki, filiala daim diqqət göstərilməsi Azərbaycanda humanitar sahənin inkişafı üçün yaxşı zəmin yaradır.
çıxış edənlər Azərbaycanda rus dilinə marağın yüksək olmasından razı qaldıqlarını da bildiriblər. Bu il MDU-nun Bakı filialında ən böyük müsabiqə filologiya fakültəsində olub. Filialın ən gənc fakültəsi olan psixologiya fakültəsinə də diqqət ilbəil artır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

